Qonaq Kitabı
TƏBRİZ RADİOSU VASİTƏSİLƏ NİTQ

Əziz həmvətənlər, möhtərəm azadixahlar! Tehranda aparılan danışıqların nəticəsini oradan müraciət etdikdə müfəssəl surətdə sizin nəzərinizə yetirmişdim. O gündən indi 35 gün keçir. Bu müddətdə Tehran mühitində zahiri də olsa nəzəri cəlb etməyə bilməyən çoxlu təbəddülat vücuda gəlmiş, ağayi Qəvames-səltənə namına intşiar verilən müxtəlif bəyaniyyələr vasitəsi ilə irticai ünsürlərə qarşı şədid mübarizə elan edilmişdir.

Beləliklə, fasid və zərərli ünsürlərin meydan fəaliyyətini müvəqqəti də olsa məhdud edən dövlət rəisi Azərbaycan xalqının başladığı böyük islahat nəqşələrindən ən əsaslısı olan torpaq məsələsini kəndli və zəhmətkeşlər xeyrinə irəli çəkməklə bizim mühitimizdə dərin təsir icad etdiyi üçün yeni danışıqların bir daha səmimanə bir suratdə başlanıb daha tez bir zamanda müsbət nəticə ilə qurtarmasına imkan vermişdir.

Yuxarıda işarə etdiyim danışıqlarımdan izhar etdiyim cümlələri məxsusən təkrar edirəm:

«Dəva hamısı Molla Nəsrəddinin yorğanı, yəni kəndlinin aldığı torpaq üstündədir, xalisə yerlərinin dehqan və əkinçi arasında bölünməsini qanuni-əsasi qadağan etməmişdir. Azərbaycan kəndlisi öz iradəsi ilə bu yerləri bölmüşdür. Dövlət isə bütün İranı Azərbaycan ilə həmrəng etmək üçün bu işi bütün əyalət və vilayətlərdə əməli etməlidir».

Bu cümlələr aydın bir surətdə göstərir ki, o vaxt bizim fikrimizi işğal edib sui-zənnimzə səbəb olan ən mühüm məsələ haman kənd va torpaq məsələsi imiş. Bu gün etiraf etmək lazımdır ki, bu böyük və bu əsaslı məsələnin həlli üçün ağayi Qəvames-səltənə çox ciddi bir qədəm götürməyə məcbur olmuşdur. Bu vasitə ilə arada olan fasilə azalmağa başlamış, ortada ciddi bir hüsn-təfahüm zəminəsi təhiyyə edilmişdir. Əgər dövlət tərəfindən edilən ayrı güzəştlər olmasaydı belə, yenə biz bu böyük işin xatirəsinə ürəyimizi sıxıb fikrimizi narahat edən sui-zənni mühitimizdən uzaqlaşdırmalı idik. Birinci qədəmi cürət ilə götürməyə müvəffəq olan dövlət rəisi ikinci böyük qədəm ilə onu daha da möhkəmləndirməyə müvəffəq oldu. O isə bizim dilimizə olan ehtiram və onun təkamülü üçün meydana sürdüyümüz təqazanın qəbulu idi.

Ağayi Qəvames-səltənə ömründə heç bir iş görməmiş olsa belə, bu bir iş ona nisbət Azərbaycan xalqının qəlbində ehtiram hissi tovlid edəcək...

Doğrudur xalqımız, fədailərimiz, qəhrəman firqəmiz bu haqqı özünün möhkəm iradəsi və təzəlzülnapəzir imanı, xəta etməyən silahı vasitəsi ilə təhsil etmişdir...

Hamınız çox gözəl bilirsiniz ki, azərbaycanlılar üçün dil məsələsi həyat və məmat məsələsidir. Lakin iranlılığı farslığa qarışdıran cahillər bunu düşünmək istəməyib azərbaycanlıların qəlbini dillərinin zəhərli xəncəri ilə məcruh etməyə çalışmış və çalışırlar. Biz hələ unutmamışıq ki, doqquz ay bundan əvvəl elamiyyəmizdə dil azadlığı barədə meydana sürdüyümüz şüar münasibəti ilə bu axmaq mütəəssiblər nə əndazədə hay-huy salmış və nə adlar ilə bizi töhmətləndirib meydandan çıxarmağa can atmaqda idilər.

Bu gün başımızı uça tutub iftixar ilə deyə bilərik, xalqımızın möhkəm iman və sarsılmaz iradəsi sayəsində, o tilsimi sındırıb, dilimizin nə tək ibtidai mədrəsələrdə, bəlkə orta və ali elmi ocaqlarda belə rəsmi olaraq tədrisinə yol açmışıq və idarələrimizdə dövlət dili olan fars dili ilə ana dilimizin yanaşı işlədilməsinə rəsmiyyət verməyə müvəffəq olmuşuq. Əlbəttə, bu böyük işin iftixarı əsasən firqəmizə və xalqımıza aiddir...

Üçüncü böyük müvəffəqiyyətimiz Azərbaycanda dövlət məmurlarının öz tərəfimizdən intixab edilməsidir. Bu yolda xalqımız uzun müddət mübarizə etmişdir.

Şəhərlərimizin xərabəzar halda qalması, el və xalqımızın fərhəng və behdaşt və sadə yaşayış vəsailindən məhrumiyyəti qətən bu səbəbdəndir ki, Tehrandan gələn məmurların bizə ürəyi yanmayıb, fəqət ciblərini doldurub geri qayıtmaq məqsədləri olmuşdur. Bundan sonra bu namətlub rəsm qəti surətdə ortadan gedəcək. Xalqımız özünün intixab etdiyi əncümənlər vasitəsi ilə öz sarneviştini təyin etmək, öz idarə işçilərinin fəaliyyətini nəzarət altına almaq, öz gücü llə fərhəng və behdaşt, iqtisad və maliyyə işlərini duzgün asas üzərində qoymağa imkan tapacaqdır. Bu müvəffəqiyyətie mənası olduqca dərin, olduqca böyükdür.

Həqiqət halda aldığımız bu haqq hənuz elə də kamil hesab edilə bilməz. Apardığımız şədid mübarizənin ərzişi də bundan böyükdür. Bununla belə mühit, zaman ilə məkanı nəzərə alarsaq cörərik kl, çox böyük iş görmüşük və ağayi Qəvames-səltənə hökuməti isə bu həddi-əqəll haqqı bizə qail olmaqla gözlənilən böyük vətəndaş müharlbəsinin qabağını almışdır...

Mən cüziyyata varid olmaq istəmirəm. Labüd siz dövlətin əvvəl intişar verdiyi 7 maddədən ibarət olan iblağiyyəsini və bizim onun təkmilində imza etdiyimiz müvafiqətnaməni hamınız oxumuşsunuz. 9 ay apardığımız mübarizə əlbəttə ağır, şədid və yorucu olmuşdur. Bu yolda verdiyimiz qurbanlar da az olmamışdır.

Bir də mənim zənnimcə büdcə azadlığı diqqətə şayandır. Biz çox gözəl bilirik ki, pul olmazsa, heç bir işi qabaqdan aparmaq olmaz. Bu vaxtadək Azərbaycanın gəliri mərkəzə gedib orada əgər müxtəlis və oğrulardan artıq qalsaydı qeyri-zəruri lşlərə məsrəf olunurdu. Bundan sonra gəlirimizin yüzdə yetmiş beşi öz daxili işlərimizə məsrəf ediləcəkdir. Gəlirimiz əlbəttə, çox böyük deyildir. Lakin sənaye və fəlahəti tərəqqi verməklə biz onu çox surətlə artırmağa müvəffəq olacayıq.

Bu vasitə ilədir ki, biz ümid edirik başladığımız böyük islahatı əncam verib, xalqımızı fəlakət və bədbəxtlikdən qurtarıb, səadətmənd və müasir bir xalq halına salmağa müvəffəq olacayıq.

Təkrar edirəm, çəkdiyimiz zəhmətlər nə qədər ağır və yorucu olsa belə, aldığımız nəticə ondan daha böyükdür. Məxsusən o cəhətdən böyükdür ki, biz bu nəticəni dəvasız və qan tökülmədən əldə edə bilmişik.

İndi müxaliflərimizin, mürtəcelərin arasında cürbəcür danışıqlar və dedi-qodu vardır. Bəziləri deyirlər ağayi Qəvames-səltənə ilə aldığı hökuməti saxlamaq üçün demokratların ətəyinə düşmüş, Azərbaycana pənah gətirmişdir.

Biz bu kimi sözlərə əbədən əhəmiyyət verməməliyik…

Burada heç kəs heç kəsə təslim olmamış və kimsə də Azərbaycanı təsxir etməmişdir. Biz təşxis vermişik ki, xalqın qəlbildən qalxan böyük demokratik nehzətimiz o vaxt nəticə verə bilər ki, bütün İrana sirayət edərək qanuni şəkil alsın. İmzaladığımız müvafiqətnamənin bundan başqa bir təbir və təfsiri ola bilməz.

Xarici siyasətdə isə bizim mərkəzi dövlət ilə sazişimiz azadlıq düşmənlərini tərksilah etdi...

Axırda bir neçə kəlmə Xəmsə və Zəncan məsələsi haqqında danışmağa məcburam. Hamınız bilirsiniz ki, bu vilayətin əhalisi dil, adab və rüsum cəhətdən tamamilə azərbaycanlıdırlar. Hətta, axır vaxtlara qədər oranın hakimi Təbrizdən təyin olunardı. Bundan əlavə milli nəhzətimiz başlanan zaman Zəncan bizim müdaxiləmiz olmadan qiyam edib, jandarm cəlladlarını və Xəmsə camaatını illər boyu zülm və əsarət altında saxlayaraq onların qanlarını soran Zülfüqari və onun quyruqlarını oradan qovub çıxarmaqla, nəhzətimizin irəliləməsinə səbəb olmuş, Azərbaycanın ayrı nöqtələrində daha böyük fədakarlıqla irtica qüvvələrinin ölkəmizə soxulmasının qabağını almağa çalışmışdır.

Bizə məlum deyil nə səbəbə dövlət nümayəndələri Xəmsənin Azərbaycandan ayrılmasında israr edirlər. Hələ bilmirik ağayi Qəvaməs-səltənə hansı amillərin təsirindən Zəncan əhalisini bu qanuni haqdan məhrum etməyi qərara almışdır.

Hər halda biz danışıq zamanı, bu xüsusda uzun-uzadı münaqişəyə və mübahisəyə məruz olduqdan sonra, ümumi işin xatirəsi üçün ağayi Müzəffər Firuzun müvafiqətnamədə mənim adıma yazdığı rəsmi məktuba istinadən müvəqqəti olsa da Xəmsəyə Təbrizdən hakim təyin edilməyəcəyinə imkan verdik.

Ağayi Müzəffər Firuz, ağayi Qəvames-səltənənin siyasi müavini, Zəncanda demokratik nehzətində hərəkət edənlərin hər növ təcavüzdən qorunsalar da oranın əmniyyətini təmin etmək üçün yerli fədailərdan istifadə olunması, həmçinin Zülfüqari, Yəmini və Əsləhədarbaşı kimi xalq düşmənlərinin Xəmsəyə yol verilməyib, onların hər növ təhrikatının qabağı alınmasını yazılı və rəsmi təəhhüd etmişdir.

Əlbəttə, bizim nöqteyi-nəzərimizcə bu kafi deyildir. Mən teleqrafxanaya toplanan Zəncan əhalisinə əmniyyəti hifz edib firqə və nehzətimizi idarə edənlərin hüsnniyyətinə inanmalarını tövsiyə etdim. Biz bütün İranda azadlıq və əmniyyətin davam və bəqası yolunda mübarizə etdiyimizə görə Xəmsə və Zəncanda qabağa çıxa bilən hadisələrə bitərəfanə bir göz ilə baxa bilməyəcəyik. Ona görə danışıq hər cür qurtarır-qurtarsın, Xəmsə və Zəncanda olan firqə təşkilatımız günü-gündən fəaliyyəti artırıb, baş qaldıra bilən irticai ünsürlər ilə əsaslı bir surətdə mübarizə edəcəkdir.

Xəmsədə demokratları incitmək üçün uzadılan əllər kimin tərəfindən olur-olsun əbədi olaraq kəsiləcəkdir. Madam ki, bizim dilimiz, ehsasatımız və adabi-rüsum, biləxərə müqəddəratımız birdir, heç bir müvəqqəti tədbir bizi bir-birimizdən ayırmağa səbəb olmayacaqdır.

Möhtərəm həmvətənlər! Bu sözləri danışmaqdan mənim məqsudum xudsitalıq, həmasəguluq deyildir. İndi bizim söz və ibarətpərdazlıq ilə məşğul olmağa vaxtımız yoxdur. Mən hali-qəziyyəni olduğu kimi sizə şərh verməklə gələcək vəzifəmizi aydınlaşdırmaq imkanını zənn edirəm əldə edə bildim.

Gələcək vəzifə aldıqlarımızı saxlamaq və ondan xalqımızın səadəti üçün istifadə etməkdir.

Bu məqsədə çatmaq üçün qabağımızda duran ən mühüm vəzifə Məclisi-Şurayi-Milli intixabatının azadixahlar xeyrinə əncam tapmasıdır. Bu işdə müvəffəqiyyət tapa bilməsək, mən demirəm qazandıqlarımızı saxlaya bilmərik, lakin işimiz çox çətin olar. Onda naçar olarıq yenə də silahı ələ alıb vuruşma və çarpışma ilə məqsədimizi əldə edək. Demək, məsələ hələ qurtarmamışdır, fəqət mübarizənin şəkli dəyişmişdir. Bu mübarizədə hansı tərəfin fəaliyyəti, tədbiri daha artıq və təşkilatı daha müntəzəm isə qələbə onunla olacaqdır. Zənn edirəm firqə və xalqımız bu işdə imtahan vermiş olduğundan müvəffəqiyyotimizə şübhə yeri qalmır. Bununla belə yenə də fəaliyyət, yenə də gözüaçıqlıq, yenə də fədakarlıq lazımdır. Mütəəssifanə söz çox, vaxt isə azdır. Bununla kifayətlənib bütün İran azadixahlarına birlik, müvəffəqiyyət arzu etməklə onun ələmdarı olan Azərbaycan xalqıqa əbədi səadət təmənna edərək sadə bir dil ilə deyirəm:

Məhv olsun onun azadlığını məhdud etmək istəyən xain və mürtəce istemar nökərləri!

Yaşasın Azərbaycan!

 

"Azərbaycan" qəzeti â„– 228,

28 xurdad 1325, (26 iyun  1946-cı il.)

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info