Qonaq Kitabı
MİLLİ MƏCLİSİN İKİNCİ ÜMUMİ İCLASININ 2-ci CƏLƏSƏSİNDƏKİ NİTQİN XÜLASƏSİ

Dövlətimizin gördüyü işlər xalqın müstəqil dəxaləti ilə olmuşdur. Buna görə də mən güman edirəm ki, bu barədə dərin tovzihatın təzəliyi olmasın. Ancaq çox müxtəsər işarə etmək istəyirəm.

Bizim milli dövlətimiz, xalqımızın azadlıq yolunda apardığı mübarizə günlərində silah vasitəsi ilə təşkil olmuşdur.

İrtica dövrəsindən aldığımız miras mənfur və çürümüş bir dövlət təşkilatından ibarət ndi. Dövlət idarələrində tənbəllik və ətalət ilə vaxt keçirən saysız-hesabsız məmurların məqsədləri bu idi ki, imrari-maaş edib bir növ ilə iş saatlarını axıra yetirsinlər. Mən onları müqəssir hesab etmirəm. Onların yaşadıqları mühit və çalışdıqları vəziyyətin bundan başqa ayrı bir məhsulu ola bilməzdi.

Milli dövlət təşkil tapan mövqe idarələrin vəziyyəti bu cür idi. Hətta, mən ustandarlığa[i] gedəndə orada bir paket tapa bilmədim. Dövlət idarələrinin başında duranların məqsədləri fəqət şəxsi istifadə və pul qazanmaqdan ibarət idi. Xalqın dərdinə qalmaq, dövlət təşkilatını lazımi tərzdə idarə etmək fikrində əbədən olmamışdırlar. Ona görə biz hökuməti ələ aldığımız zaman böyük müşkülata təsadüf etdik. Lakin xalqımızın bizə olan etimadı, siyasətimizin düzgünlüyü, işçilərimizin sədaqəti sayəsində tezliklə işləri yoluna qoyub və məclisə təqdim etdiyimiz bərnamə üzrə islahata başladıq. Özünüz çox gözəl bilirsiz ki, biz əməli yollar ilə ehtiyaclarımızı ortadan qaldırmaq istəyirdik. Milli dövlət təşkil tapanadək xalq tamamila dövlətdən  ayrı idi. Dövlət məfhumundan millət heç bir şey  anlamırdı. Çunki dövlət var qüvvəsi ilə milləti azirdi və xalq isə buna adət etmişdi. Biz bu adəti aradan qaldırmaq üçün ciddi surətdə əməliyyata girişdik. Biz hökumətimizi təşkilat yolları ilə xalqa yaxınlaşdırdıq. Xalq əyalət və vilayət əncüməni seçdi. Ondan sonar şəhrdari məsələləri idi ki, qabaqkı dövrdə şəhər əncüməni adına bir əncümən düzəldirdilər. Amma biz bunu da demokrasi əsasları üzərində qurduq. Mən başı  ucalıqla deyə bilərəm ki, bütün Azərbaycanda olan şəhərlərdə şəhər əncümənləri bu az müddətdə böyük fəaliyyətlər etmişlər. Marağa şəhəri ölkəmizin ən böyük şəhərlərindən olmasa da, bu axır səfərimdə müşahidə etdim ki, bələdiyyə oranı fəlakətdən qurtarıb, işləri o qədər vüsət tapmışdır ki, dövlət teatrı düzəltməyə iqdam etmişdirlər. Bu əlbəttə, şəhər əncüməninin xalq ilə təması olduğu üçün xalqın ehtiyacatın təşxis verməyə imkan tapa bilər.

Biz tezliklə şahərimizdə xalqın ehtiyacatın aradan qaldıracayıq. Təbrizdə xalqın su üçün lüləkeşliyə mühüm ehtiyacı vardır. Bunu dövlətimiz təşxis verib və tezliklə şəhərdə lüləkeşlik olacaqdır. Xiyabanları və küçələri asfalt edəcəyik. Ayrı yerlərdə isə lazımi islahat əmələ gələcəkdir. İstər yollar və istərsə ayrı irtibat xətləri və sair islahat tezliklə əmələ  gələcəkdir.

Bizim məqsədimiz xalqa xidmət etməkdir və bizim itminanımız vardır ki, biz bəxşdarlıqları və əncümənləri dair etməklə xalqa yaxınlaşıb və onların həqiqi ehtiyaclarını toəşxis verə biləcəyik.

Biz yenə də demişdik ki, ölkəmizin əmniyyətini hifz   edək.

Bu vəzifəmizi isə lazımınca əncam verdik və ölkəmizdə misli görünməmiş bir əmniyyət yaratdıq. Bizim çoxlu nəqslərimiz də əlbəttə vardır. Bəzi dövlət işçiləri və fədailər iştibah edirlər. Hər kəsin günahı vardırsa onların mücazatını qanun təyin edə bilər və heç kəs də özgəsinin günahının məsulu deyildir. Məntiqdən xaric mücazatlar bizim dövlətimizin rəviyyəsindən tamamilə xaricdir. Bir nəfər atanın təqsiri olmaqla, onun oğlanlarını təqsirləndirmək ola bilməz. Fəqət qanun hökumət etməlidir. Biz əvvəl demişik ki, hər kəs Azarbaycan xalqının azadlığı əleyhinə mübarizə aparsa qanun mövcibincə cəzalanacaqdır. Biz gərək həmişə qanunlarımızı nəzərdə tutaq və bu qanunlardan xaric olmaq milli hökumətodüş-monçilik etmək kimidir. Bütün firqə işçiləri və dövlət üzvləri öz vəzifələrini yaxşıca düşünməlidirlər. Qanun gərək xalqın azadlığını hifz eləsin. Xalq gərək azad yaşasın. Xalq gərək ali bir mədəniyyətə, əxlaqa malik olsun. Ədalət və qanun olan yerdə azadlıq va səadət də vardır.

Dövlət bu məsələyə çox əhəmiyyət vermişdir. O imkanından xaric surətdə xalqın əmniyyətini təmin etmişdir.

İndiyə kimi xalqımızın əksəriyyətini təşkil verən kəndlilərin mal və namuslarının təminləri yox idi. Amma indi kəndlilər özlərini azadlıqda və əmniyyətdə hiss edirlər. İndi tamamilə bütün ölkəmizdə əmniyyət barqərardır. İndi biz bütün nöqtələrdə qanuni nəzmiyə təşkilatları yaradacayıq.

Bir də iqtisad məsələsidir. Biz hökumətimizi qurmamışdan qabaq iqtisadi böhranla müvaceh olmuşduq. Tehran hökuməti istəyirdi ki, nəhzətimizin mərhələlərini təyy etməmişdən qabaq bizim taşkilatımızı pozsun. Buna görə də biz bankları tutmağa çox tez müvəffəq ola bilmədik. Tehran buraya pul həvalə vermak vasitəsi ilə banklarda olan pulları aparmışdır. Bir azacıq miqdar mövcudi vəchlərin müqabilində bankın tacirlərə 15 milyondan mütəcaviz borcu var idi. Biz biilirdik ki, indiki şəraitimizdə pul ölkəmizin qanı mənzələsindədir və insan qansız yaşaya bilmədiyi kimi pulsuzluq isə bizim təşkilatımıza böyük zərbə vuracaqlır. Biz lazımi tadbirlər görməklə bankı süqutdan saxladıq və tadriclə mali vəziyyətimizi düzəldib və bankın xalqa olan borclarını bir qədər də verə bildik. Biz kəlirdən vergi[ii]  vüsul etməyə başladıq. Gəlirdən vergi qanunu adilanə bir tərz ilə alındı. Ondan qabaq maliyatın vəzi düzgün deyil idi. Məclisi Şurayi Milliyi İran umumən o adamlardan təşkil etmışdır ki, onlar böyük maliyatlar verməli adamlardan idilər. Buna görə də maliyat vermək istəmirdilər. Tacirlərimizdən bəziləri   vardır ki,  maliyatı az vermək üçün öz sərmayələrini mütəfərriqə yerlərə bölmüşdülər...

Mən elə fikir edirəm ki, deyəcəyim sözlər çox müfəssəl ola bilməz. Çünki dövlətin bütün gördükləri işlər xalqın ittilaı ilə, xüsusən Məclisi milli üzvlərinin müstəqim nəzarəti ilə olmuşdur. Ona görə mənim deyəcəyim sözlər güman edirəm ki, nümayəndələr üçün təzə sözlər olmayacaqdır və fəqət bunlar müxtəsər surətdə təzəkkür kimi ola bilər. Siz çox gözəl bilirsiniz ki, bizim milli dövlətimiz mübarizədə doğulub, dövlət və məclis müsəlsəllərin, tüfənglərin və başqa əsləhələrin gurultusu altında təşkil tapıbdır. Bizim vəzirlərimiz və dövlət işçilərimiz azadixahlardan seçilib dövlət işlərinə varid olmuşlarsa, lakin kifayət qədər   mücərrəb   deyildirlər.   İstibdadi dövlətdən pis yadigar və mənfur irslər: oğurluq, ixtilas, tənbəllik və dövlət məqamatından sui-istifadə etmək və dəvairin bərbadlığından başqa bir şey qalmamışdır. İşçilərdən bir iddəsi fəqət maaşlarını təmin edib günlərini keçirib, saat saymaq və ondan sonra xüsusi işlərinin dalınca getməkdən başqa fikirləri yox idi. Mən onları sərzəniş etmək istəmirəm. Çünki, təşkilatın iqtizası o idi. Beş nəfər, üç nəfər sadiq adam olsaydı da, ya işdən çəkilərdi, ya işdə qalırdısa mühitlə saziş etməyə məcbur olurdu. Beləliklə, bir cür  imrari-maaş edirdi. Milli  dövlət təşkilində idarələrimizin vəzi bu idi. Hətta, mən sabiq  ustandarlıq binasına getdikdə istifadə etmək üçün bir kağız belə tapa bilmədim. Xüsusən o vaxt ustandar böyük ixtiyaratla gəlmişdi ki, Azərbaycan nehzəti-millisini yatırtsın. Farslar demişkən «dor baqe səbz:»[iii] nişan versin.

Biz hökuməti ələ aldığımız vaxtda vəziyyət ağır idi. Mən indi hələ mali cəhətdən deyirəm. Hər halda hökuməti ələ aldığımız zaman biz proqram ilə başladıq və o proqramı təsvib üçün məclisə gətirdik. Bizim qabağımıza qoyduğumuz bərnamə İran dövlətinin adi bərnamələrinin nəziri deyildi.

Bu bərnamə əməli bir bərnamə idi. Biz bilirdik ki, bu dövlət müəyyən bir müddətdə bu işləri görəcək. Mən belə güman edirəm ki, o bərnamə nümayəndələrin nəzərindədir. Bərnamədə birinci məsələ milli hökumətin quruluşudur. Milli hökumət belə qurulmalıydı ki, xalq hiss etsin ki, bu hökumət onun qurduğu hökumətdir və onda yaxın dəxaləti vardır. Bu iş sözdə çox asan görünsə də, lakin əməldə çox çətindir. Çünki, keçən hökumət xalqı dövlətdən ayrı olmağa adət vermişdir. Dövlət xalqın başı üstündə bir yumruq kimi olub, millət isə, əzab və fişar altında dövlət çarxlarını dolandırmalı idi. Millətin dövlət işində dəxaləti yox idi. Biz bu adəti dəyişməli idik. Dövlət millətin səadətini təmin etməli idi. Biz bərnamədə göstərmişdik ki, bu necə olmalıdır. Bu, işçilərin şəxsən demokrat olmaları ilə əncam tapa bilməz, bəlkə əməldə belə olmalıydı ki, xalqın istədiyi əmələ gəlsin. Biz təşkilat üzəri ilə dövləti təşkil verib vilayət və bülok əncümənləri vasitəsi ilə idarə işlyərində maliyyə səhiyyə işlərində xalqa nəzarət etməyə imkan   verdik.

İkincisi bələdiyyələr məsələsidir. Keçən dövrdə  şəhərdari[iv] əncümənləri dövlət təşkilatına təbdil olub bələdiyyə rəisi dövlət tərəfindən təyin olurdu və zahirsazlıq üçün ona əncümən adı qoymuşdular. Biz xalqı müstəqim surətdə bu əncüməni seçib və bələdiyyə işlərində dəxalət etməsinə imkan verdik. Əlbəttə, bu təzə bir işdir. Bir müddət lazımdır ki, düzgün surətdə çalışsın və biz bunu qəti surətdə edə biləcəyik. Mənim yadıma gəlir ki, (ağayi Yekani buradadır ya xeyr) keçən il bayramdan qabaq Xoy şəhərinə ketmişdim. Bələdiyyə süpürgəçilərinin paltarı yox idi, aylıq maaş da almamışdılar. İstəyirdilər, şəhərin küçələrində olan ağacların başını kəsib satmaqla onların aylıq maaşlarını təmin etsinlər. Mən indi başı ucalıqla deyə bilərəm: bələdiyyəmizin işi o qədər yaxşılaşıb ki, nəinki hüquqların da verirlər, bəlkə şəhərin içərisində də islahat başlanıbdır.

Marağa şəhəri İranın məşhur şəhəri hesab olmayıb, demək olar ki, mütəvəssit şəhərlərindəndir və mütərəqqi şəhər deyildir. Bununla bərabər Marağada bələdiyyə əncüməni mali vəziyyətin yaxşılığına istinadən təsmim tutub ki, dövlət teatrı bina etsin. Bu çox əhəmiyyətli bir işdir. Çünki İran hökuməti indiyə qədər hətta Tehranda dövlət teatrı əmələ gətirə bilməyib. Lakin indi xalq, əncüməni öz evi və öz ailəsi bilir. Miyandabda bələdiyyə Avropa üsulu ilə böyük bir hamam düzəltmək istəyir. Bu fikri biz və məclis onlara verməmişik. Xalq özü ehsas edir ki, burada hamam məsələsi müşküldür, gərək müasir bir şəkildə bu məsələni islah və həll etmək. Əlbəttə, bu kimi işlər asan işlər deyildir. Belə bir hamam neçə min tümənə, şayəd 80-90 min tümənə başa gələn bir işdir. Bu da Miyandab üçün böyük bir puldur.

Təbrizdə bələdiyyəni təhvil alanda oranın sandığında pul yox idi. Lakin indi biz bacara biləcəyik ki, yaxın zamanda Təbrizdə su lüləkeşliyi əmələ gətirib və xiyabanlarımızı asphalt edək. Biz onların vəsilələrini də almışıq. Təbriz birinci İran şəhəridir ki, onda su lüləkeşliyi olur. Mən demək lstəyirəm ki, hökumətin xalqa yaxınlaşmasının nəticəsi və mənfəəti budur. Hələ Azərbaycanda əncümənlər məsələsi təzədir. Lakin buna baxmayaraq, çox az bir yer vardır ki, orada əncümən təşkil verməyə müvəffəq olmamışıq. Çünki, indi bilirsiz qışdır, soyuqdur, gedib-gəlmə vəsilələri də yoxdur. Hələ indi də Əhərdən nümayəndələr gələndə şayəd at vəsiləsi ilə gəlirlər. İndi əncümən təşkilatı qurulub və tərhi də vücuda gəlibdir. Onu yavaş-yavaş müntəzəm hala salmaq lazımdır. Mən fikir edirəm ki, üç-dörd ayda bundan artıq iş görmək olmaz. Əlbəttə, möhtərəm nümayəndələrin və dövlət işçilərinin fəaliyyəti və hüsn-niyyəti üzərində bu nəticələr əldə edilibdir.

Ondan sonra bəxşdarlıq və fərmandarlıq məsələsidir. Əlbəttə, onu bu tezliklə də müntəzəm bir şəklə salmaq mümkün olmazdı. Dövlət məmurlarının içərisində hənuz aşina olmayanlarımız az deyildir. Mən mükərrər surətdə mənimlə həmkarlıq edən vəzirlərə demişəm ki, biz divanxana qurmuruq, bəlkə idarələrimiz qanuni icra stmək üçündür. Fərmandarlarımız da gərək qanunun naziri və icraçısı olsunlar. Amma bunu layiqincə başa düşən bu cür adamlar çox azdır. Çünki köhnələr başa düşmürlər, qəzələr də idarə işlərinə aşina deyillər. Ona görə də idarələrdə, bəzi yerlərdə köhnə adamlar və təzə adamlar məqsədimizi layiqincə icra edə bilmirlər. Bizim ümidimiz budur ki, gələn dövrdə bəxşdar, dehdar  və  kəndxudaları  öz idealımız üzərilə tərbiyət edib və iş başına qoyacağıq. Bəzi mütərəqqi yerlərdə dövlət işçiləri tərbiyət etmək üçün mədrəsələr açılır. Lakin indi bu işdən ötrü bizdə müşkilat çoxdur. Buna görədir ki, indi biz inandığımız adamı iş başına qoyuruq. Çox yerlədə görürsən ki, o işçilər bir para işlərdə vəzirə müraciət etmək yerinə firqəyə müraciət edir. Yainki, firqəyə müraciət etmək yerinə hökumətə müraciət edir.

Mürur-zaman lazımdır ki, biz idarə işçilərimizi başa salaq ki, demokrat firqəsi siyasi bir rəhbərdir. Gərək onun dediyi sözə qulaq asaq. Lakin hökumət işi başqa bir işdir. Gərək bu ikisi qarışılmasın. Məsələn, çox vaxt olur ki, bir işçi mənə mərbut olmayan işlər barəsində bir-birinin dalınca mənə on teleqraf göndərir. Mən məzəmmət etmirəm. Demək istəyirəm ki, xalq hənuz milli hökumətin həqiqi mənasına pey aparmayıbdır. Gərək xalqı mürur-zamanla hazırlamaq və onları tərbiyə etmək. Əlbəttə, məsəldə münaqişə yoxdur. Bu iş bir vəhşi atı tutub minmək və ya işə salmaq kimidir. Adamı ata təşbeh etmək olmaz. Amma mən bunu demək istəyirəm ki, gərək təzə adamları işə alışdıraq. Bu bir gün, iki gündə olan bir iş deyildir. Siyasi cəhətdən əlavə təlim və tərbiyət məsələsinin də burada dəxaləti vardır. Biz min cür çətinliklərə baxmayaraq bu az zamanda yenə də bir qədər işçi tərbiyə edə bilmişik. Biz ümid edirik ki, onlar tez bir zamanda demokratik vəziyyətə aşina olacaqlar. Çünki niyyət xalis olub, xalqa xidmət etmək fikri olursa, əvvəl dəfədə onlar iştibah etsələr də axırda həqiqəti tapacaqlar.

Hökumət quruluşundan sonra əncümən təşkili, bəxşdarlar və fərmandarlar ictimai adamlar tərbiyə etmək yolu ilə yavaş-yavaş xalqı milli hökümətə yaxınlaşdıra biləcəyik.

Bununla əlaqədar olan məsələlərdən biri də əmniyyət məsələsidir. Biz əvvəlindən demişik ki, var qüvvəmizlə çalışacağıq ki, xalqın malı, canı, namusu hifz olsun. Çünki əmniyyət olmadıqda bizim heç bir tədbirimiz nəticə vermiyəcək idi. Buna görə də milli hökumət təşkilində hamımız çalışdıq ki, əmniyyət olduğu kimi təmin edilsin. Mən kənarlarda kəndlilərlə danışırdım. Hətta çoxusu məni tanımırdı ki, kiməm və əmniyyətdən razılıq edirdilər. Hətta, Marağada bir para adamlar deyirdilər ki, dastanlarda deyilən kimi əmniyyət o qədər yaxşı olmuşdur ki, gərək gecələr dükanları açıq qoyaq... xalq görsun ki, bu iş həqiqətdir.

Biz milli hökuməti əsas əmniyyət üçün qurmuşuq və əmniyyətlə isbat edə bilərik ki, düşmənlərimizin əvvəldə bizə dedikləri (Azərbaycan nehzətini əmələ gətirənlər oğru, cani, yalançıdırlar) sözləri uydurmadır. Biz bunu da isbat etdik və əməldə də göstərdik ki, əmniyyət icad etmək, xalqı rahatlığa çatdırmaq olar. Əlbəttə, nəvaqis çoxdur. Tək-tək fədailərimiz, firqə üzvlərimiz və idarələrimizdə bir para nöqsanlar vardır. Qoy bəzi yoldaşlarımız bilsin ki, hər kəs öz günahının cavabını şəxsən verməlidir.

Biz Əhərdə iyirmi il, bəlkə qırx il quldurluq edən Səmədxan və Abdulla xanları mücazat etdik, xalq bizi alqışladı. O bildi ki, milli hökumət xalqın rahatlığı üçün çalışır. Seyid Ziya ruznamələri qarnıyırtıq Kazıma[v] «şəhidrah azadi» adı qoydularsa da xalq onlara güldü.

Milli hökumətimizdə bu cür adamlara meydan ola bilməz. Gərək onlar qanun müqabilində çox möhkəm surətdə mühakimə olsunlar. Gərək hər kəs öz cürmünün müçazatını çəksin... Ata mücrüm olduğu surətdə, mücazat edildikdə onun oğlunu tərbiyə etməliyik.

Gərək məclis nümayəndələri vilayəti və bülok əncümənləri vasitəsi ilə onlara bildirsin ki, milli hökumətdə bir adamın bir şahısını qanunsuz almaq olmaz. Biz azadlığa və xalqa düşmən olanların mallarını müsadirə edirik. Əlbəttə, azadlıq əleyhinə olan adamlar gərək mətrud olsunlar.

Lakin bu, qanun mövcibincə və müəyyən olmuş komisyon vasitəsi ilə əməl olunur və onların malları müsadirə və dövlət üçün yardım. Əlbəttə bu mallar tək-tək adamlar tərəfnndən yox, məhz xalq tərəfindən məsrəf   olmalıdır.

Mümkündür tək-tək adamlar bəzən müsadirə olmuş mallardan istifadə etsinlər. Bu çox nadir hal ola bilər. Bu işləri görənlər şədid surətdə mücazat olmalıdırlar. Onların dostluğu ayı dostluğudur, bizə düşmənlikdir. Gərək kamilən təmini qəzan olsun. Tək-tək adamlar da belə işlər görmüş olsalar da gərək Məclisi-millidə onların qabağı   alınsın. Qoy xalq azad yaşasın. Xalq nə qədər azad yaşarsa, daha artıq hökumətimizin dalında möhkəm durar. Lakin belə olmadıqda təşkilatımız tezliklə aradan gedər. Biz gərək xalqın etimadını özümüzə cəlb edək ki, xalq heç təsəvvür etməsin ki, demokrat firqəsində və milli hökumət idarələrində pis iş görən adamlar ola bilər. Bu fəlsəfələr havadan deyil, min illərlə imtəhan olunubdur. Hər yerdə qanun var, yaşayış var. Hər yerdə zülm var, istərsə orada olan dövlətin ünvanı demokrat, istərsə mürtəce adı ilə adlansın, insanlar səadətə yetişə bilməzlər. Milli hökumət bu işə böyük əhəmiyyət verir.

Bizim milli dövlətimiz əmniyyət cəhətdən çox işlər görüb. Fikir edirəm ki, şəhər əmniyyəti və ətrafda əmniyyət az-çox yaxşılaşıbdır. Keçən hökumətlərdə xalqın əksəriyyətini təşkil verən kəndlilər üçün heç cür cani və mali təzmin yox idi. Bunlar nə tək oğru və quldurlar, bəlkə dövlət məmurları və jandarmalar tərəfindən də təzyiq altına alınırdılar.

Milli hökumət zamanında heç vaxt bir məmur qanunsuz birinin evinə gedə bilməz. Belə işlər görünərsə get-gedə qabağı alınacaqdır.

Keçən zaman kəndlilər bir təmiz paltarlı görürdüsə özünü gizlətmək istəyirdi. Lakin indi belə deyil, onlar başlarını yuxarı tuturlar. İndi kamil əmniyyət olunubdur. İndi qaçaq və quldurluğun qabarı alınıbdır.

Düşmən nə qədər çalışırsa ki, bizimlə Kürdüstan xalqının münasibətini bulandırsın, lakin biz bunun qabağını alırıq və hətta Kürdüstan firqəçiləri də dostluğa çalışırlar. Bizimlə kürdlər arasında ixtilaf salmağa çalışanların pis hərəkətləri də məlum oldu ki, Ərfə[vi] əlilə olub, Marağada və Çardoluda bir dəstə kürd paltarında, Miyanada və Marağa hüdudu arasında isə 300 nəfər bizim əleyhimizə təchiz olunmuşdur. Biz tezliklə onları aradan aparıb, az zamanda fədailərimizin xidməti sayəsində sadə bir surətdə onları bərtərəf etməyə müvəffəq olduq. Bu, Azərbaycanda görünməyən bir əhəmiyyətli işlərdəndir. İndi Əhər və Marağa ətrafında milli dövlətə nisbət müxalif heç bir hərəkət yoxdur. Ərdəbil və Germi mahallarında bəzi təhriklər olmuşdu, biz onu da aradan aparmışıq. Xalqın günahsız uşağının başını kəsən hökumətə heç kim tərəfdar olmaz. Ədalət və qanun düzgün surətdə icra olunmalıdır.

Mən istəyirdim bunu da deyəm ki, dövlət quruluşundan sonra əmniyyət məsələsində xalqımız köhnə jandarmaları aradan aparıb və qanuni nəzmiyyə təşkilatı vücuda gətirmişik. Ümidvarıq ki, bir-iki aya qədər nəzmiyyənin bu təşkilatı çox münəzzəm bir hala düşəcək və jandarm təşkilatından əsər qalmayacaqdır.

Sonra iqtisad və maliyyə mövzuudur. Milli hökumət vücuda gəldikdən üç ay qabaq biz sadə bir tədbirlər görmüş idik ki, hökumət dəyişdikdə borca, ya ianə yığmağa məcbur olmayaq. Keçən inqilablarda çox ittifaq düşmüş idi ki, inqilabi əmələ gətirənlər məcbur olmuşdular   mütəməvvüllərdən böyük  ianələr  yığsınlar. Biz bankları tutmalı idik. Lakin biz əgər bir az əcələ etsəydik mümkün idi ki, 21 Azərdə milli təşkilatımızı qurmağa müvəffəq ola bilməyəydik. Çünki Tehran çalışırdı ki, bizi təhrik və əsəbi etsin və iş bitməmişdən bizi boğsun. Ona görə də biz bankları tez tuta bilmədik və 21 Azərə bir həftə qalmış tutduq. Biz bankları işğal edəndən sonra məlum oldu ki, Tehran hökuməti anlamamazlığından və yaxud qəsdən uzun müddətdən bəri Təbriz bankına bir şahı da olsun pul göndərməmişdi. Pul əvəzinə həvalə göndərmişdi. Təbriz bankı da özü əskinas çap etmir ki, dövlət işçilərinə versin. Bəlkə tacirlər və başqa adamlar banka etibar edib qoyduqları pulları dövlət işçilərinə xərc edirdi. Buradan çıxan maliyatlar Tehrana göndərilib. 14 milyon tümən borc pul ödəməli halda Tehrandan ancaq həvalə göndərilibdir.

Bankı təhvil aldığımız zaman 2 milyon 2 yüz min tümən dövlət bankında və yarım milyon da ayrı banklarda var idi. Müqabilində 15 milyon tümən xalqa borclu idi. Bundan başqa biz məcbur idik ki, əqəllən dövlət işçilərinin Azər ayı hüquqlarını verək və bu hüquq da 3 milyondan artıq olurdu. Demək ki, gərək maliyat yığıb, onlara və xalqın borclarına verəydik.

Milli hökumət hər şeydən artıq iqtisada, pula balıbdır.

İndi demək olar ki, dünyada pul məsələsi insan bədənində olan qan kimidir. Bir ictimada pul olmazsa mümkündür kl, o ictimai süqut etsin. Buna görə də biz pul barəsində aşağıda göstərəcəyim ciddi tədbirləri görürduk.

Əvvələn, biz bankların adamlara pul verməsini müvəqqəti halda qadağan etdik. Çünki bir para adamlar banklardan pul alıb Tehrana aparırdılar. İki milyon mövcud olan pul da bu tərtib ilə kifayət etməzdi. Əvvəldə belə nəzərə gəlirdi ki, bazarda böyük böhran əmələ gələcəkdir. Mən işdə mütaliə etmişəm, mənimlə işləyən vəzirlər bilirlər ki, mən əvvəl bank, maliyyə, iqtisada və sonra başqa işlərə baxıram. İndi tacirlər ola bilir ki, özləri buna etiraf etməsinlər. Lakin bizim bu işimiz bais oldu ki, Azərbaycanda tacirlər vərşikəst olmasımlar. Halbuki, bu müddətdə beynəlmiləl müharibəsi qurtardıqdan sonra İranın başqa şəhərlərində yüzlərlə tacir vərşikəst oldu. Əlhəmdüllilah bizdə vərişkəst olan yoxdur. Biz əgər o vaxt iki milyon tüməıi paylasaydıq, xalq banka tökülüb, bir hərc-mərc əmələ gələrdi. Lakin tədbirlərimiz nəticəsnidə iki milyon mövcud əvəzində indi biz xalqa tələbləri babətindən iki milyondan yuxarı, bəlkə də 3 milyon tümən vermişik. Maliyatdan yüzdə iyirmi beş Tehrana vermək əvəzinə onu tələbkarlara veririk. Biz qənaət babətindən də xalqa bir milyon tümən vermişik. Əlbəttə, bu, mürur zamanla olubdur. İndi biz hiss edirik ki, mali vəziyyətimiz yaxşılaşır. İndi bələdiyyə idarələrində bir inqilab vücuda gəlibdir. Əlbəttə, bu inqilab fəqət dövlətin mali tədbirləri vasitəsi ilə olunan bir işdir. İndi bələdiyyə vəziyyəti də düzəlir və bütün Azərbaycanda yavaş-yavaş bələdiyyələr fəlakət halından qurtarırlar. Bəs demək ki, mali tədbirlərimiz bankları və başqa idari işlərimizi də diriltdi.

Gəlirdən vergi maliyatına gəldikdə, bu maliyat düzgün qurulsaydı, adilanə bir iş idi. Müharibə zamanında bir nəfər mal alırdı, onu sabah on bərabərinə satırdı. Dünyada mali işdə işləyənlər belə məsləhət görmüşdülər ki, dəva zamanında bu qanunu qoysunlar və bir adam ki, bir gündə cüzi bir müamilədə 10 min tümən qazanırsa, 8 min tümənin dövlətə verməli olsun ki, dövlət qüvvətlənsin, məmurlarına və başqa idarə işlərinə xərc olsun.

Əlbəttə, ticarətdə yüzdə 9 yüz qazanc adilanə deyildir. Təzə gəlirdən vergi qanunu qoyulanda doktor Milisponun[vii] nəzəri şayəd əvvəl dərəcədə düzgün idi. Lakin Tehran məclisini təşkil verənlər böyük tacirlər və mütəmməvüllərdən idi ki, onlara böyük maliyatlar əlaqə tuturdu. Buna görə onlar işkallar çıxartdılar və maliyatın nəqşəsini bir ayrı yola saldılar. Nəticədə qarmaqarışıq bir şəklə düşdü və belə oldu ki, tacirlər dəftərlərini dəyişdilər və bir ticarətxanadan mühüm ticarətxana vücuda gətirdilər. Burada böyük tacirlərimiz vardır ki, böyük qazancları olmuşdu və indi and içirlər ki, aidatım yoxdur. Lakin əməldə hamı bilir və gorür ki, onların nə qədər aidatı var imiş. Buna görə maliyat idarələri də çox maliyat vüsul edə bilmirdilər. Təşxis verilən maliyatın qabağına bir sıfır qoyurdular ta bəlkə bir şey vüsul edə bilsinlər və beləliklə hərc-mərc tolid olurdu.

Məlumdur ki, milli hökumət təşkil tapdıqda bizim mali mütəxəssislərimiz yox idi. Və çarə yox idi ki, maliyatı təşxis vermək üçün komisyon seçilsin. Tehran məclisi sərvətmənd adamlardan təşkil olunduğuna görə orada elə bir üsul götürmüşdülər ki, illərlə maliyat vüsul etmək olmazdı. Məsələn, əgər bir adam təşxis verilən maliyata etiraz etsəydi gərək ali komisyonda ona rasidəlik olaydı ki, bu komisyon da Tehrandadır. Beləliklə, böyük tacirlər və böyük maliyatlara şamil olanlar ki, özləri bu qanunu keçirmişdilər, neçə illər idi ki, bu qanundan istifadə edib maliyatlarını təxirə salırdılar.

Biz müntəzir ola bilməzdik ki, Tehranın ali komisyonu illər boyu etirazlara baxmayaraq, maliyat komisyonunu süründürsün və bizi iqtisadi fişara salsın. Buna görə bu işi məhəlli şəraitə uyğun bir tərzdə icra etməyə qərar verdik. Adilanə surətdə biz bir qədər maliyat vüsuluna da müvəffəq olduq. Biz bir ali məhkəmə qurduq ki, maliyat icrasına etirazları olanlar, o məhkəməyə müraciət etsinlər və bu məhkəmədə rəsidəlik olunduqdan sonra, artıq maliyat alınmış olsa sahiblərinə qaytarılsın. Biz beləliklə, Tehran hökumətinin maliyat vüsulunda öz əlilə yaratdığı işkalı ortadan götürmüş olduq.

Biz qeyri-müstəqim işlərlə kuponçuların[viii] qabağını almaq, qəndin və şəkərin qiymətini adilanə bir yola salmaqla iqtisad işinə kömək etdik və bu malların qiymətini mötədil bir şəklə saldıq. Bu işimizin, hətta Tehranın bazarına da şədid təsiri oldu.

Əlbəttə, bu mallardan çıxan sərmayəni ayrı yerə xərc edə bilməzdik. Çünki onda mövcudi pul da aradan gedib, dövlətə zərər olardı. Məsələn, gərək idi ki, çay alınıb yerinə qoyulaydı.

Biz qələt qanun istixdamı aradan apardıq. Keçən zamanda qələt qanuni istixdam üsulu ilə məsələn, bir nəfər zəbbat böyük bir hüquq alırdı. Müqabilində bir nəfər təhsil etmiş iki yüz tümən hüquqla istixdam olunurdu. Ona görə biz ləyaqətli olmayan adamların hüquqlarını azaltdıq və öz yoldaşlarımıza da dedik ki, az hüquq alsınlar. Əlbəttə müharibə zamanında qoyulan Hüquqlar indi ola bilməz və bu iş də qeyri-adilanə deyildir. Çünki səthi-zindəganlıq aşağı gəlirdi. Məsələn, bir adamın otuz tümən hüququ yetmiş tümən mədəd xərc və fövqəladəsi idi. İndi ki, səthizindənanlıq aşağı  düşüb və yüzdə qırx cinslər aşağı gəlir, demək olar ki, bizim bu işimiz kamilən adilanədir. İndi, məsələn, Təbrizdə yağın qiyməti 25 tüməndir, dərsurətiki keçən illərdə altmış tümən idi. İki qranlıq yumurta indi 12 şahıya satılır. İndi hər parça ki bazarda məsələn on tümənə satılırdı, dövlət mağazalarında uç tümənə satılır. Biz dəva zamanındakı kimi hüquq versəydik onda həm adilanə olmazdı, həm də xalqı soymağa məcbur idik. Həm də səthi zindəkanlıq yuxarı gedərdi.

Sonra böyük bədbəxtlik ki, İranın başında vardır, budur ki, işçini işə görə qoymurdular və qədimdən süedlilər və belciklilər (isveçrəlilər və belçikalılar - red.) necə üsul qoymuşlarsa elə də qalırdı. Məsələn, bizim idarələrimizdə on nəfər adama 12 nəfər ev xidmətçisi işləyir. Sizin nəzərinizə belə gəlməsin ki, ev xidmətçisinin hüququ az olub, dövlət büdcəsinə elə təsir yoxdur. Lakin Azərbaycan dəvairində ev xidmətçilərinin sayı iki yüz min tümən olur. Biz bu pulla yaxşı qoşun saxlaya bilərik və yaxşı karxana idarə edə bilərik. Əlbəttə, məqsudumuz ev xidmətçiləri ilə müxalifət etmək deyildir. Lakin idarənin hər bir kiçik işinə bir şöbə ayırmaq ki, məsələn bu şöbələr ilin başında şayəd yüz tümənlik dövlətə nəfi yoxdur və onların hüquqları kəndlilərə və qoca arvadlara təhmil olunur. Əlbəttə, bu iddənin hamısının təqsiri yoxdur. Lakin demək olar ki, işi quranlar qabaqcadan bunu fikir etməyiblər.

Biz birinci dəfə tamam idari təşkilatı dəyişə bilməzdik. Buna görə da bir az işçilərin iddəsində təxfif verdik. İndi isə bikarlığın qabağını almaqdan ötrü bütün işçiləri saxlamaq məcburiyyətindəyik. Bu adamlara başqa yerlərdə müfid bir işlər verəcəyik. Bununla bərabər naçarıq ki, onları bir muddət də idarələrdə saxlayıb küçələrə tökməkdən pəhriz edək. Builki büdcəmizdə bir nəfər də idarə işçisinin idarədən çıxarılmasına yol verməmişik. Bərəkəs, bəzi təzə müəssisələr təşkil etməklə işçilərimizin sayını artırmışıq.

İndi hesab bizim əlimizdə vardır, büdcəmiz də tənzim olunubdur. Hamınız bilirsiz ki, İran dövləti neçə ildir ki, kamil bir büdcə təsvib edə bilməmişdir. Ancaq bir aylıq və iki aylıq naqis büdcə məclisə gətirmişdir. Lakin bizdə üç aylıq naqis və ləng büdcələr məclisə gətirilməmişdir. Bu dövrdə kamil surətdə büdcəmizi Məclisi-millimizə gətirmişik. Hələ bir para illətlər vardır ki, onları sizə göstərəcəyəm.

Biz keçən gəlirdən vergini dəyişdirdik. Çünki bilirik ki, indi keçən illər kimi istifadə etmək olmaz və bundan adi bir halda istifadə etmək çətindir və ancaq güclü tacirlər bazarda istifadə edə bilərlər. Biz bu üç ayın içində mali cəhətdən işlərə müsəllət olduq. Üç yüz min tümən fəqət Miyana-Zəncan dəmir yol idarəsinə verdik. Bunu verməsəydik də olmazdı. İndi bu cəhətdən Milli hökumətin vəziyyəti-malisi yaxşıdır.

Tədbirin birisi də budur ki, bir milyon xəzanə qəbzi çap etmişik. Bu, ondan ötrüdür ki, cinsi ucuz verək. Məsələn, on tümən cins müqabilində doqquz tümən alınır. Bunun faydası budur ki, əvvəla xalqdan bir milyon tümən borc etməyə məcbur olmadıq. Əlbəttə, bu pul borc olunsaydı istehlak olana qədər böyük miqdarda gərək faiz veriləydi. Bundan başqa cins də satdıq. Bu bir milyon isə ilin axırına qədər neçə dəfə dolanar və neçə bərabər olar.

Bu gün ki, ayın 16-sıdır. Mali cəhətdən daha vəhşətimiz yoxdur. Biz bilirik ki, pulumuz var. Bu böyük bir müvəffəqiyyətdir ki, budcəmizi tənzim etmişik və büdcə kəsirimiz də yoxdur. Bu iş hətta Avropa dövlətlərində də çox çətindir. Bizim büdcəmiz keçmiş dövlətin tərəfindən yazılan büdcədən neçə qat artıqdır. Büdcəmizdə min nəfər artıq işçi istixdam etmişik. Biz idarə işçilərini saxlayırıq ta iş tapıldıqda onlara başqa iş verək. Əlbəttə, bu iş mali siyasətimizin düzgünlüyünün nəticəsidir...

Bu məsələdən sonra fikrimizn məşğul edən iqtisad məsələsidir. Biz hələ fikir edirik ki, Milli hökumət təşkilindən sonra Azərbaycanda böyük ehtikarlar başlanıb və mümküidür ki, azuqə azala, ondan sonra müxaliflərimizin təbliğatının nəticəsində vəhşətə düşmüş tacirlər xaricə azuqə aparalar və özlorinə sərmayə edələr. Bu qorxu Milli hökumətdən qabaq var idi. Oma görə biz həmişə şəhərin azuqəsini kontrol edirdik. Firqənin inanılmışları iqtisad işlərini neçə müddət təmin edirdilər. Firqənin təşkilat yolu ilə drəxşanını şəhər anbarlarından nəzmiyyəyə azuqə intiqal verilməsi qabağının alınmasına çalışırdıq. Biz bilirdik ki, siyasi narazılıqlar, böhranlar əğləb çörək məsələsindəndir. Biz çalışdıq, azuqənin yolunu Azərbaycandan xaricə məsdud edək. Bilirdik ki, bu iş bəzi əşxasa zərərlidir. Lakin qoy beş nəfər, on nəfər zərər görsün. Müqabilində isə əhali vəhşətə düşməsin və Milli hökumətdən bahalıq görməsin. Necə ki, dedim, bu işdən biz yaxşı nəticə aldıq. Çörək və sair şeylər ucuzlandı. Lakin Tehranda əksinə oldu. Hətta dedilər ki, Azərbaycan azuqə vermir, aclıq olur. Dərsurəti ki, bu fəryadlarla o birisi tərəfdən çalışırdı ki, mali böhranlar bizi boğsun və pullarımızı çəkib aparsın. Mütəvəhhiş olan varlı adamlar pulları aparırdılar, bizi fişarda qoymaq istəyirdilər. Bu iş səbəb oldu ki, bazarda cinslər daha ucuz olsun. Xalqın əksəriyyəti ucuzluqdan razı olurdu. İdarə  işçiləri, zəhmətkeş və kargərlər razı qalırdılar. Bu, uzun müddət davam edə bilməzdi. Məhsulun bahalığı pis olduğu kimi, həddən artıq ucuzluğu da belə zərərlidir. Gərək kəndli öz işinə ürəyi qızsın və məhsulunu adilanə qiymətdə sata bilsin. Biz cürbəcür yollarla bunun qabağını aldıq.

1 - Sadirata əvariz təyin etmək məsələsi idi. Çünki cins Azərbaycandan xaricə getsəydi, birdən, səri surətdə bahalıq tovlid olardı. Buna görə çoxlu müzakirədən sonra inqilabi bir tədbir götürdük və belə qərar verdik ki, sadirat müqabilində əvariz alınsın. Azərbaycandan gedən cinslərə bir miqdar kirayə və bir miqdar da nəf üstünə gəlir və beləliklə bu cinslər həmişə Tehranda ucuz olur.

Biz əvvəl xoşkəbarın sadir olmasına icazə vermirdik. Sonra xalqa sədəmə dəydiyinə görə ona da icazə verildi. Əvvəldə biz sadirata icazə vermirdik, lakin indi vermişik. Bununla bərabər, yenə layiqli qədər sadir olunmayır. Demək olur ki, dünya vəziyyətinə bağlıdır və gələcəkdə biz qiymətli cinslərimizi sadir etməyə yol sapacayıq. Ümumiyyətlə demək olar ki, İran dövlətinin xarici ticarət siyasəti yoxdur. Tehran hökuməti xaricdən gələn malların qabağını alması və öz mallarına dünyada bazar tapmağı bacarmır. İndi məsələn, tikili paltar və avtomobil sel kimi İran bazarına tökülür və dəstə-dəstə tacirləri vərşikəst edir. Xaricdən gələn köhnə paltarları geymək bizə təhqir və tohindir. Biz onları geyə bilmərik. İran hökuməti özü bilir, nə edirsə etsin. Lakin biz öz qiymətli cinslərimizi sadir edib və əvəzində bizə lazım olan şeylərdən, məsələn lastik, şəhərlərimiznn abadlığı üçün lülə, asfalt və başqa şeylər varid edəcəyik. İran dövləti özünə lazım olan şeyləri ehtiyacı qədər varid edə bilmirdi və bilmir. Çünki Tehran işləri oğrular əlindədir. Bir tacir yüz min tümən verir, varidat icazəsi alır. Beləliklə, mən deyə bilərəm ki, biz xarici ticarət məsələsində də müsəllət olmuşuq.

Ümid edirəm belə bir iqtisadi siyasətə malik olan bir hökumət tərəqqi edir və hər bir müşkülata faiq gəlir. Müharibə zamanı təchizat və silah qayıran karxanalar indi hamısı ticarətdən ötrü işləyir. Bu xətərnakdır. Bunlar xalqın qanını soracaq. İndi bunun nətncəsində bizim sənətkarlarımızdan mühüm bir hissəsi bikar qalmağa məcbur olmuşdur. Əgər möhkəm iqtisadi tədbirlər görə bilməzsək sənətkarlarımız aradan gedər.

Bikarlıq dünyanı tohdid edən böyük bir bəladır. Bundan böyük etisablar, böyük iqtisadi böhranlar əmələ gəlir. Əlbəttə, ölkənin dövrəsinə hasar çəkmək olmaz. Lakin varidat və sadirat işlərini belə tərtib vermək olar ki, istədiyimiz şeyi alıb və istəmədiyimizi almayaq. Necə ki, Sovet ölkəsində beşillik nəqşlər üzrə bu çətinlikləri aradan aparırlar.

Keçən dövrdə də bizdə amar mövzuu çox pis şəkildə idi. Məsələn, bəzi evlərdə neçə dənə artıq sicil (pasport-red.) tapılırdı, hələ indi də vardır. İndi biz düzgün ehsaiyyə təhiyyə edirik. Bilirik ki, məsələn xaricdən gətirilən kibritə ehtiyacımız yoxdur və bəlkə karxanalarımızda təhiyyə edilən artıq kibritə gərək xaricdə bazar tapaq.  Bir də bunu bilməliyik ki, milli hökumət divanxana deyil, onun vəzifəsi xalqın həyatını təmin etmək üçün yollar tapmaqdan ibarətdir. Böhran selinin qabağını almaq bu vəzifənin gündəlik icabatından ən mühümü hesab oluna bilir. Biz çalışırıq ki, ticarət sahəsində öz məhsulumuzu xaricə yetirə bilək və o şey ki, ticarətimizə zərərlidir onun varid olmasından ciləgirlik edək. Biz bu yolda çox müvəffəqiyyətlərə nail olmuşuq. Lakin hələ bəzi şeylərdə, həddi-əksər istifadəni bilmirik. Mümkündür ki, bir nəfərin 3-4 avtomobili olsun, lakin biruzə olduğu üçün, onlardan hiçgunə istifadə edə bilməsin. Lakin 3-4 qatırı olan bir adam eləyə bilər o qatırlardan kifayət qədər istifadə edib, əvvəlki şəxsdən qabağa düşsün. Ağayi Rəsuli ilə Miyandab qənd karxanasına getdikdə, gördüm ki, 7 dənə traktor işsiz və istifadəsiz halda saxlanılıbdır. Şübhəsiz ki, İran hökuməti heç vaxt özünün əlində olan imkanlardan xalqın asayişi üçün lazımi istifadə fikrində olmamışdır. Bildiyimizə görə, hər traktor iki hektar yer sürə bilər. Mən gördüm ki, bunun əvəzində traktoru, kamyonu çaydan çıxarmaq üçün bağlayıblar. Halbuki, bu traktorların hər birisi 20 min tümənə başa gəlir və bu böyük bir sərvətdir.

Biz gərək çalışaq ki, iqtisadi imkanlardan yaxşı istifadə olunsun. Məsələn, çox yerdə çaylar vardır ki, əgər sədd bağlansa onlardan böyük istifadə oluna bilər.

Biz gərək sənəti fəlahət əmələ gətirək. Məsələn, pambıq, barama, kətan və qənd çuğunduru yetirək. Bizim iqtisadi və ticarəti işçimiz azdır. Əğləb dövlət məmurları firqəvi və siyasi işçidirlər. Görək mürur zamanla bu işçilər iqtisadi və ticarəti işlərə aşina ola bilsinlər.

Bizim iqtisadi tədbirlərimizdən ən mühümmü yer bölgüsüdür. Bu vasitə ilə bir milyon kəndli yer sahibi olacaqdır. Əlbəttə bu tezliklə o yerlərdən kifayət qədər istifadə etmək olmaz. Lakin biz inanırıq ki, dövlət fəlahət bankını qüvvətləndirib, dörd-beş ildən sonra fəlahət məhsullarımızın yüz qat artmasına imkan verəcəkdir. Yer bölgüsü barəsində indi ola bilər ki hampa və qara[ix] arasında ixtilaf olsun. Lakin yerli məmurlara dəstur verili ki, onları bir-biri ilə yaxınlaşdırmağa çalışsınlar ta bir-birinə kömək etsinlər ki, qara ayağa qalxsın və hampa ilə də ixtilaf çıxmasın. Azərbaycanda yer çoxdur və Azərbaycan camaatı da zəhmətkeş və çalışqan bir camaatdır. Xülasə, xalisə yerlərin bölunməsi və yer bölgüsü çox böyük iqtisadi kömək olacaqdır. Bundan elə Mazəndəran və başqa yerlərdə olan azərbaycanlılar vətənlərinə qayıdıb, ziraət işinə baxacaqlar. Əlbəttə, bu işin siyasinəticəsi də çox böyükdür. Siyasət ilə iqtisad bir-birinə mərbutdur. Əgər bir hökumət iqtisadi cəhətcə qüvvətlənsə, siyasi xəhətcə də qüvvətlənir. Tehran hökəməti xalqı qüvvətləndirməkdən qorxur. Mən fikir edirəm ki, xalqı ac saxlamaqda da təəmmüdü vardır. Bizim hökumətimiz xalq hökuməti olduğuna görə, gərək biz xalqı ayaqlandıraq.  Məsələn,  gərək belə ola ki, bir nəfər xalq qoşunları sırasına getdikdə, ailəsindən nigaran qalmasın. Lakin ac olduqda, o gərək gecə-gündüz maaş fikrində olsun və belə adamdan fədai, nizami çıxmaz. Başqa bir iqtisadi mövzu da sənaye məsələsidir. Milli hökumət qurulmadan əvvəl bizim mühüm karxanalarımız tətil və yainki tətil olmaq xətərində idi.

Biz üç-dörd ayda onların işə salınmasını təmin etdik. İndi hamısı işləyir. Bu bir mənfəətdir və mühüm bir işdir. Bu yaxın zamanda bu karxanalar edə biləcəklər ki, belə parçalar versinlər ki, mühüm qismət libasımızı təmin etsin. Bu karxanalar xəyanət, oğurluq nəticəsində dayanmışdılar. Məsələn, yunu beş tümənə alıb karxanaya 15 tümənə satmışdılar. Xalq səhmlərini bir tümən qızıl pula almışdılar. Lakin milli hökumət qurulmadan qabaq onlara 2 qıran pul verirdilər. İndi o xəyanətləri görənlər qaçırlar. Lakin mücazatdan qaça bilməyəcəklər. Hacı Qulam çorabçı və başqaları öz gördüyü pis işlərin padaşını görəcəklər. Milli hökumət təşkilindən sonra məsələ sadə bir surətdə həll oldu. İndi karxanalarda 400 nəfər işçi 800 nəfərin gördüyü işi əncam verməyə müvəffəq olur. İndi həm keyfiyyət və həm də miqdar cəhətcə keçən zamandan çox artıq məhsul götürülər. Bu məsələ eyni zamanda siyasi bir məsələdir. Sərbazlarımız çox yaxşı təlimat alırlar. Lakin paltarları yox idi. İndi biz onlara paltar verməyə müvəffəq olmuşuq. Biz çalışırıq ki, birinci dərəcədə sənəti maşın işinə və sonra ikinci dərəcədə əl işlərinə baxaq, amma bu ağır işdir.

Dövlət gərək bu çətinliklərə faiq gəlsin və biz faiq gələcəyik.

Bikarlıq məsələsi bizim üçün ağır yükdür. Biz gərək bunu aradan götürək. Biz buna da tədbirlər görmüşük. İndi çox pis halda olan yollarımızı düzəltmək üçün iqdam olunur. Məsələn, Astara-Ərdəbil, Sayınqala-Miyandab, Zəncan-Miyana-Təbriz yolları düzəlməlidir və burada neçə min əmələ işləyə bilər.

Bağbanlıq və ziraət məsələsi gəlib çatıbdır. Kəndlilər öz ziraətlərinə gedəcəklər. Bundan başqa, bələdiyyə də şəhərin abad olması üçün bir çox əmələ işlədə bilir. Bizim arzumuz budur ki, bikarlıq aradan getsin. Bir də çalışırıq ki, bikarların siyahısını tutaq. İndi bikarlıq dad-fəryadı çoxdur. Lakin hələ elə bir ehsaiyyə əldə yoxdur. Bəzi adamlar vardır ki, ancaq miz başında oturmaq istəyirlər və ayrı işi görməyə hazır deyillər, bunlar parazitdirlər. Əlbəttə həqiqi bikarlar vardır ki, karxanalar bağlı olmaq nəticəsində vəziyyətləri yaxşı deyildir.

Başqa məsələ də ümumiyyətcə milli hökumətin davam vu bəqasi üçündür. Milli hökumət təsis olduqda şüarımız əyalət və vilayət əncümənləri ətrafında idi. Lakin əməldə gördük ki, bu milli həyatımızı təmin edə bilməyəcəkdir. Biz məcbur olduq ki, milli məclis və milli hökumət yaradaq. İndi gərək bu milli təşkilatı saxlayaq. Çünki, bu təşkilat xalqın ehtiyacı və istəyi üzərində əmələ gəlibdir. Xalq milli hökuməti özününkü bilir və onu saxlamağı özünə borc bilir. Əvvəllərdə bir para müğriz adamlar dedilər ki, guya biz İran Azərbaycanını Şuşa Azərbaycanına yapışdırmaq istəyirik, yainki demokrat firqəsi Azərbaycanı Sovet hökumətinə satıbdır. Lakin biz göstərdik ki, onlar hamısı yalandır. Əməldə də onu sabit etdik. İndi Qızıl Ordu buradan gedir. Hamı bilir ki, Qızıl Ordunun vürudu səbəb oldu ki, istibdad hökuməti yıxıldı. Buna görə gərək ondan təşəkkür edək ki, Rza xanın istibdadı onun gəlməsi ilə yıxıldı. Bu da Qızıl Ordunun bizə olan xidmətidir ki, milli əsarəti sındırdı. Hələ mən demirəm ki, əgər almanlar qalib olub, Azərbaycana gəlsəydilər, burada hətta bir ev də qalmazdı. Qızıl Ordu Stalinqrad, Moskva, Leninqradda istibdad qüvvəsini sındırmaqla, dünya xalqları ilə bərabər xalqımızın azadlığını təmin elədi və ölkəmiz qan dəryasına dönməkdən xilas oldu. İndi bu ordu gedəndə gərək alqışlarla onu yola salaq. Biz bu müddətdə gördük ki, Qızıl Ordu çox nəcabət və mətanət və axlaqla rəftar etdi və onların rəftar və əxlaqı hamıya sərməşq oldu.

Fikr edin, əgər arteş-şahənşahi olsaydı nə işlər çıxardardı və bir şəhərə Qızıl Ordu kimi fateh olaraq daxil olsaydı xalqın başına nə kimi fəlakətlər gətirərdi.

Qızıl Ordunun getməsi bizim üçün nagəhani deyildir. Biz çox gözəl bilirdik ki, o ordu torpaq almaq və ya şəhər işğal etməkdən ötrü sərhədimizi keçməmişdir. Onun məqsədi dünyanı əsarət altına almaq istəyən faşizmin İranda olan asarını rişədən kəsmək idi və buna da iftixarla müvəffəq olubdur. İran xalqı, məxsusən Azərbaycan camaatı o qəhrəman ordunun böyük xidmətini hərgiz unuda bilməz. Xalqımız o ordunun mənəvi köməyinə həmişə minnətdar qalacaqdır. Biz arzu edirik, Qızıl Ordu həmişə dünya azadlığı və dünya demokratlığının nigahbanlıq vəzifəsini öhdəsində saxlayacaqdır.

Qızıl Ordunun getməsini biz mürtəcelər kimi istiqbal etmirik. Biz onu ehtiram və izzət ilə yola salırıq. İrtica isə onun getməsində özünun əl-qolunun açılmasını axtarır.

Biz açıq deyirik ki, Qızıl Ordunun getməsi ilə mürtəcelər çox da ümidvar olmasın. Azərbaycan xalqı aldığı azadlığı saxlamağa qadirdir. Qızıl Ordunun getməsi ilə bizim millətimiz öz iradəsilə əldə edilən azadlığı xələldar etməyəcəkdir. İndi milli hökumətimizi gərək saxlayaq. Azərbaycan xalqı hətta çox az cəmiyyət olsa da, azadlıqdan difa edəcəkdir.

Buna görə mən sizdən rəyi-etimad istəyirəm (vəkillər, biz rəyi-etmad yox, canımız və malımızı da verəcəyik!) Biz indiyə qədər milli azadlığımızı saxlamışıq. Bunun birinci zamini firqə təşkilatımızdır. İndi Təbrizdə çox az bir ev vardır ki, ev əhlindən heç olmasa bir nəfər demokrat firqəsindən olmasın. Gərək o firqənin rəhbərliyinə etiraf edək. Bunun ikinci zamini də bizim fədailərimizdir. Onlar az bir müddətdə qiyam etdilər və indi də azadlığımızın zaminidirlər. Bizim fədailərimizin tarixi çox yaxın tarixdir. O məsnun təşkilat deyildir və onun təşkil tapması keçən hökumətin fişarları nəticəsində olub və indi isə bunlar milli hökumətimizin dalında durmağa hazırdılar. Onlar Zəncanda Zülfiqari, Ərdəbildə, Əhərdə və başqa yerlərdə olan müxalif dəstələrini əzdilər. İndi biz fədailərimizə imkan verəcəyik ki, kotan və xış dalında işləyə-işləyə, eyni zamanda tüfəngi əllərindən yerə qoymasınlar. Ta Azərbaycan var, fədai var. Çünki o, azadlığı qoruyubdur. Lakin bu təşkilatı saxlamaq bir tək fədailərlə olmaz. Bizim münəzzəm qoşunumuz da gərək olsun. Biz az bir zamanda münəzzəm və qüdrətli bir qoşun təşkil etmişik. Əgər indi bir nəqsi olsa da tezliklə düzələdəcəyik. Qoşunu və fədaisi olmayan bir millət heç vaxt azadlığı hifz edə bilməz. Biz gərək hər bir şeydən kəsək, fədailəri və qoşunlarımızı qüvvətləndirək.

 

"Azərbaycan" qəzeti â„– 166,

174, 17-26 aprel 1946-cı il.



[i] Cənubi Azərbaycan hakiminin iqamətgahıdır.

[ii] Oricinalda «Maliyat bərdəraməd» yazılmışdır.

[iii] Tərcüməsi – «Yaşıl bağın qapısını».

[iv] Bələdiyyə

[v] Təbrizin məşhur əxlaqsız qoçularındandır..

[vi] İran hərbi qüvvələrinin baş qərargah rəisi olmuş general Ərfə nəzərdə tutulmuşdur.

[vii] Amerikalı iqtisadçı doktor Milispo ikinci dünya müharibəsi dövründə bir müşavir kimi İran hökuməti tərəfindən qulluğa götürülmüşdü.

[viii] Talon alverçiləri.

[ix] Torpaqsız kəndli.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info