Qonaq Kitabı
MİLLİ VƏZİFƏ İDARƏSİNDƏ MİLLİ NİZAM XİDMƏTİ HAQQINDA NİTQ

Mən elə fikir eləyirəm ki, bu böyük qədəm ki, böyük milli hökumətimiz götürüb azadlığımızı və gələcək səadətimizi təmin eləmək üçün böyük bir təzmindir. Biz öz milli azadlığımızı mühafizə etmək üçün böyük mütaliələr və mübahisələrdən sonra bu nəticəyə gəlib çıxmışıq ki, azadlığı xalq gərək öz qüvvəsi ilə saxlasın. Xalqın əgər öz qüvvəsi olmazsa azadlıq müft və zəhmətsiz də verilsə onu saxlamaq olmaz.

İndi bizim nəhzətimizin İranda böyük təsiri olmuşdur.

Lakin mümkündür ki, bu ani bir təsir olsun. Biz bu kimi təsirlərə özümüzü dilxoş edə bilmərik. Hər halda xalqa bir böyük ittika lazımdır. Bu da milli qoşundan ibarətdir. Xalqımız öz azadlığını hər şəkildə olur-olsun, fəqət öz qüvvəsi olan milli qoşun gücü ilə hifz etməlidir. Qoy bütün dünya bilsin ki, Azərbaycan milləti yaşamağ üçün ölməyə hazırlanmışdır. Xalqımızı idbar, fəlakət və bədbinlikdə saxlamaq istəyən Tehran mürtəce hökuməti bunu hiss etmişdir ki, Azərbaycanda bir milli qüvvə var. O bu qüvvəni ortadan aparmaq üçün müxtəlif vəsilələrə əl vurmuşdur. İndiyə qədər o müntəzir idi ki, bu nəhzəti nizami qüvvə ilə aradan apara bilər. O bu yoldan məyus olandan sonra diplomasi çarələrə təşəbbüs edib xalqın başı üstündən öz fikrini icra etməyə çalışır. Bizim cavabımız sadədir. Biz öz milli qoşunumuza dayanıb məsələni öz gücümüzlə həll evəcəyik. Biz milli qoşunumuzu yaratmalıyıq. Bu qoşun ilə azadlığımızı və daxili əmniyyətimizi hifz etməliyik. İndiyə qədər bu işi fədai qüvvələri görüblər. Amma əgər Tehran mürtəce hökuməti istəsə Azərbaycan azadlığını boğa, onda Azərbaycan xalqı o hökuməti əzib Tehranda Azərbaycanı tanımağa yarar bir hökumət yaratmağa çalışacaqdır (şiddətli alqışlar). Bizim qabağımızda iki yol durur. Ya gərək müvafiqət olunsun, biz azadlıqla iqtisadi, maarifi və milli vəzifələrimizi icra edək. Əgər bu işi icra etməyə qoymasalar, biz özümüz məcburuq Tehrana gedək, oranı alaq, azad demokrat bir hökumət quraq və öz xalqımızın milli azadlığını bu yol ilə təmin edək. Bu bizim böyük vəzifəmizdir (gurultulu alqışlar). Burada indiyə qədər iki dəfə nizam vazifə sabiqəsi olubdur. Bir Rza xan dövrəsində olmuşdur ki, xalq onu böyük nifrət ilə qarşılamışdır. Bu iş üləmamızdan bir neçəsinin toqif və təbidinə bais olmuşdur. Çünki xalq o dəsgaha inana bilmirdi və həqqi də var idi. Bir də bu əvaxirdə olmuşdur ki, xalqı zor ilə nizami aparırdılar. İndi şəhərlər və kəndlərimizdə hamı ürəkdən milli qoşuna girmək üçün davtələb olub qoca kişilər belə nizama daxil olmaq istəyirlər. Burada mənim yanımda Yuqoslaviya mətbuatının nümayəndəsi oturmuşdur. Onun izharına görə bizim xalqımız ilə Yuqoslaviya milləti arasında bir oxşarlıq var. Orada da xalq alman işğalı dövrəsində marşal Titonun ətrafına toplanıb, milli azadlığı yaradıblar. Əgərçi biz o qədər qəhrəmanlıq göstərə bilməmişik, bəli həqiqətdə bizim xalqımız böyük və qəhrəman bir xalqdır. O, Yuqoslaviya xalqı kimi öz azadlığı uğrunda mübarizəyə qalxmışdır. Dünənki təzahürat nişan verdi ki, xalqımız özünü tanıyıb və öz milliyyətini təşxis vermişdir. Azadlığın mənasını düşünüb və onun qədr-qiymətini dərk etmişdir.

Keçən gün mən ağayi İpəkçiyan ilə söhbət eyləyirdim. O deyirdi ki, fədayi qüvvələri Zəncana varid olmaq həman mürtəcelər qaçmaq tədarükü gördülər. İndi də əgər yüz nəfər Qəzvinda tapılsa onların hamısı qaçacaqlar. Mən Tehrandan mütəəddid məktublar almışam. Bu məktublarda yazırlar ki, siz hərəkət etmək haman Tehranın daxilində böyük inqilab vücuda gələcəkdir. Mərkəzi hökumət bizi bu işə vadar edərsə bütün İran xalqları əsarətdən xilas olacaqlar. Amma bilməlisiz ki, böyük arzuları qeyri-müntəzim qüvvə ilə əncam vermək olmaz. Bizim gərək topumuz, təyyarəmiz və hər cürə silahımız olsun. Biz evimizin palasın satıb tank, top va təyyarə almalıyıq. İranda azadlıq Azərbaycan azadlığından asılıdır.

Xalqın minlərcə teleqrafın cavab verməyə hazır olmayan mürtəce Sədr və Həkimi hökuməti bizim nehzətimizin sayəsində İsfahanda və İranın başqa şəhərlərində əyalət və vilayət əncüməni intixabatına hazır oldu. Dər surəti ki, qabaq bu qanunun icrasına ayrı qanunların mane olduğunu söyləyirdilər. Biz iki yol ayrıcındayıq. Ya gərək Tehran hökuməti azadlıq yolu ilə gedə və bizim azadlığımıza mane olmaya, əgər getməsə biz onunla getməyəcəyik və əgər mümkün olmasa onu yıxıb yerino bir demokrat recim yaradacayıq (alqışlar).

Biz mümkündür neçə gün müvəqqəti halda çətinlik çəkək və iqtisadi fişar da görək. Bəli bu böyük işi görmək istəyən millət gərək bu kimi fişarlara tablaşsın. Müharibə mövqeyində gördük ki, Rusiya milləti və başqa millətlər nə qədər fədakarlıq göstərdilər, biz onlardan ibrət almalıyıq.

Dünənki mitinq və ətrafdan gələn teleqraflar və kağızlar  böyük ehsasat -nişan verdi ki, Azərbaycan xalqı həmişə öz azadlığına əlaqə nişan vermişdir. Səfəviyyə nehzətini iki ya üç şeyx vücuda gətirdi. Onda hələ demokrat firqəsi də yox idi. Bizim isə müntəzəm qüdrətli bir firqəmiz olduğu halda, daha böyük ordu yaratmağa qadirik. Millətimizin böyük keçmişi vardır və bir daha dünyaya göstərəcəkdir ki, o sadiq, səmimi, fədakar, qüdrətli və davamlı bir millətdir. O qədirdan və səmimidir. Ona fəqət bir başçı lazım idi və indi o başçı firqəmiz olmaq üzrə vücuda gəlmşldir. Etiraf etmək lazımdır ki, firqə xalqımızı bu beş ay müddətində çətinliklərdən və əyri buruq yollardan keçirmişdir və gələcəkdə də keçirəcəkdir.

Tehran hökuməti bir gün Fərruxu böyük ixtiyarat və pul ilə göndərirdi. Bir gün də Bəyatı. Bəyat ağayi Səracimirin evində bizə deyirdi ki, biz sizin muxtariyyətinizi təmin edirik. Biz ona dedik ki, siz bu gün deyirsiz və sabah inkar edə bilərsiz. Bizə isə həqiqi təzmin lazımdır. O isə milli xalq qoşunu ola bilər.

«Həqiqət isə həmişə topun ağzından çıxar». Bir millət həqiqəti fəqət top və güllə vəsiləsi ilə nişan verə bilər. Ah-naləyə kimsə baxmaz. Bizim hökumətimiz demokratik hökumətdir, bütün təbəqələrin hökumətidir. Qoy ruhanilər, tacirlər və bütün təbəqələr əl-ələ versinlər və muxtariyyətimizi qorusunlar...

Qoy cavanlar milli qoşunda şirkət eləsinlər və qocalar onlara libas, paltar və corab göndərsinlər. Biz bu yoldan xeyir görə bilərik. Necə ki, milli hökümət qurulan gün vədə verdık ki, xalqımızın mal, can və namusunu hifz edəcəyik. Hətta, dükanların qabağında, yatacağımızı da vədə verdik. Hamı bilir ki, verdiyimiz  vədəyə mərdliklə əməl etmişik.

İndi də xalqın malın və namusun hifz eləməyə qovl veririk və qovlumuzun üstündə durasağıq.

Biz iftixar ilə deyə bilərik: Bütün xalq bizim arxamızdadır. Kəndlinin hamısı, karkərlərin hamısı, şəhərin mütəvəssit təbəqəsi bəlkə də ali təbəqəsi ümumiyyətlə bizim dalımızdadır.

Xalq birləşəcəkdir. Biz buna inanırıq. Burada gərək qanun hökm sürsün və qanunu hifz etmək üçün də top, tüfəng və güllə lazımdır.

Odur ki, gərək milləti milli qoşun sıralarına girməyə təşviq edək.

Biz demirik ki, qabaqda müharibə var və muharibə edəcəyik. Biz Drəxşani burada olan gün demişdik ki, müharibə olmayacaq. Amma əgər müharibə etmək istəsələr, biz bir nəfər qalanadək müvəffəqiyyət yolunda çalışacağıq.

İndi də fikir eləyirəm ki, müharibə olmayacaqdır. Amma biz özümüzü gərək hazırlayaq. Dala çəkilmək yoxdur.

Əgər bizim azadlığımıza təcavüz olsa hamımız gedib savaşacağıq. Hamımız gərək özümüzü hazırlayaq ta heç kəs bizim azadlığımıza və haqqımıza təcavüz etməyə cəsarət etməsin. Odur ki, ağalardan xahlş ediram hər kəs öz yerində bir mübəlliq olsun, xalqı başa salsın ta milli qoşun yaratsın və qoşun küçədən keçəndə xalq onu gül dəstələri ilə istiqbal eləsin. Qoy vətən azadlığı yolunda fədakarlığa hazır olan cavanlarımızın başlarına çiçəklər töksün. Qoşun da gərək qanun üzündən olsun və bu bütün qanunu yaşa yetişmiş olanlar nizama getsin, qoy hamı nizami libası geysin.

Mən özüm də geyəcəyəm. Qoy hamı bilsin dünyada bir millət var ki, onun bütün əfradı, arvad və kişi öz azadlığını müdafiə etmək üçün silah götürmüşdür. hökumət ilə xalq arasında ixtilaf olmamalıdır. Gərək xalq özu öz hökumətini hifz etsin. Biz mümkündür iştibah edək, vəli bu iştibahları düzəldəcəyik. Qoy ruznamədə, telefonda, teleqramda bizim iştibahlarımızı desinlər, ta düzəldək. İndiyədək biz başı ucalıqla dediklərimizi əncam vermişik. İndi bizim düşmənlərimiz, bizi neçə nəfər məcaracu adlandıranlar belə bizə bir irad tapa bilmirlər. Onlar fəqət kiçik bəhanələr tuturlar. Məsələn, dil məsələsini bizə bir günah bilirlər. O ağalar bunu bilmədidirlər ki, azərbaycanlı fars deyil və özünə məxsus dili var. Zor ilə də onu fars eləmək olmaz. Biz çox böyük müvəffəqiyyətlər qazanmışıq. Bizim işlərimiz qabaqdan gedəcək. Ölkəmiz istər fəlahət, istərsə təbii sərvət cəhətdən çox zəngin bir ölkədir. Coğrafiyayi-nöqteyi-nəzərindən tcçarət yolları üstündə vaqe olmuş bir mərkəzdir. Ölkədə dəxi ayrı-seçkilik aradan gedib, vahid müttəhid bir xalq əmələ gəlmişdir. Bu birliyi hifz etmək üçün yenə də təkrar edirəm qoşun lazımdır. Qoy biz evimizin bütün şeylərini hətta fərşini belə satmalı olsaq da əsləhə alaq və milli qoşunumuzu vücuda gətirək, azadlığımızı saxlayaq. Yeri gələrsə Tehrana gedib azadlıq əleyhinə mübarizə edən irticaın ocağını dağıdaq. Tehranlılar üçün də demokratik hökumət quraq (uzun sürən gurultulu alqışlar).

 

"Azərbaycan" qəzeti № 123,

Təbriz 24 fevral 1946-cı  il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info