Qonaq Kitabı
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ TƏBRİZ ŞƏHƏR TƏŞKİLATI KONFRANSININ BİRİNCİ CƏLLƏSƏSİNDƏ NİTQ

Konqrenin tapşırdığına görə əyaləti və vəllyəti əncümənləri açmaq bizim ən mühüm vəzifələrimizdəndir. Buna görə konfransda hazır olan firqə nümayəndələrinin bu qismətdə hər cürə pişnahad və sualları varsa söyləməyə haqlıdırlar. Biz bu konfransın əyalət və vilayət əncüməni haqqında qəbul etdiyi qərarı mərkəzi komitəyə güzariş verib onun nəzəriyyəsi ilə həyata keçirəcəyik. Əyalət və vilayət əncümən qanuni-əsasi mövcibincə, haman qanun ki, mərkəzi hökumət ona əsaslanıbdır, bizim qanuni haqqımızdır və kimsə onun qabağını alsa qanuni-əsasiyə xain sayılacaqdır. Bu qisim şəxslər əleyhinə mübarizə aparmaq ümum iranlıların vəzifəsidir.

Bizim bu qanuni təqazamıza Tehranın satqın ruznamələri min cürə böhtan atmağa can atırlar və elə təbliğ edirlər ki, guya bu vəsilə ilə təcziyə fikrindəyik. Lakin onlar bilməlidirlər ki, əncüməni əyalət ya muxtariyyət daxili təcziyə demək deyildir. Biz əbədi olaraq bu fikirdə deyilik və İranın hər bir əyaləti də əncümən əyaləti təşkil verməyə haqlıdır. Tehran bizə irad edir ki, niyə Azərbaycan bu qismətdə qabağa düşübdür. Bu sualın uşaq sualı olmağı hamıya məlumdur. Biz fəqət onlara deyirik: “Əgər atanın bir oğlu tənbəl və o biri oğlu zirək olsa, onda gərək zirək oğlu bu səbəbə ki, o biri qardaşı tənbəldir, öz zirəkliyindən əl götürə?”… Əncümən əyaləti və vilayəti təcili surətdə intixab və təşkil olduqdan sonra biz məclisi-şuraya öz vəkillərimizi seçəcəyik. Əksəriyyət vəkillərin xainanə iqdamı bizi öz qanuni-əsasımızı hifz etməkdən mən edə bilməz. Məşrutiyyət qanununla necə ki, əncümən əyaləti və vilayəti tətil-bərdar deyil, parleman da tətilbərdar deyildir. Qanuni qəbul edənlər bu qismətdə elə dəqiq olmuşlar ki, ömrü qurtaran məclis tətil olduğu günün arxası gün gərək təzə məclis açıla. Onlar ki, məşrutiyyəti tətil etmək fikrindədirlər, vətənə, millətə nisbət xaindirlar. Millət özü-öz qanuni-əsasini hifz etməyə məcbur qalıb və buna görə də biz öz parleman vəkillərimizi seçəcəyik. Qoy Tehran onları qəbul etməsin. Bir də məramnamə mövcibincə vəkillərimizin sayı gərək əhalinin az-çoxluğu ilə mütənasib olsun. Bu qismətdə Azərbaycan haqqında keçən dövrlərdə zülm ediblər. Biz nüfusumuzun tənasibilə gərək 40 nəfərdən ziyadə vəkil intixab edək və belə də edəcəyik... Tehran həkuməti azadixah ruznamələri bağladıqdan sonra mürtəce satqın ruznamə yazanlara hətta kömək etməkdən boyun qaçırırlar. Bu vasitə ilə Tehran xalqımızın və cavanların fikrini zəhərləmək fikrindədir. Biz millətin bir çox qismətinin bu barədə olan müraciətlərini ki, Tehranın iqdamatının qabağında Tehran ruznamələri burada baykot olsun, mərkəzi komitəyə güzariş verəcəyik. Ağalar bilməlidirlər ki, İran milləti ümumiyyətlə zor və zülm əleyhinə qiyam edib öz qanlarının bahasıqa tamam olan qanuni-əsasilərini hifz etməyə çalışırlar.

İran xalqı bu barədə haqlıdır. Necə ki, hamının ittilan var keçən dövrdə olan özbaşınalıqları kimsə unutmayıbdır.

Keçən dövrdə İran xalqının çox qisməti mərkəzi dövlətin və onun şəhərlərdə olan nümayəndələrinin fişar və zülmündən qurtulmaq üçün vətənlərindən qaçıb özgə dövlətlərə pənah aparırdılar.

İyirmi il güzərnaməsini İstanbulda, yaxud Qafqazda nəzafətlə hifz edib, İran təbəəsi olmağına fəxr edən igid oğullarımız dövlət məmurlarının fişarı nəticəsində hətta Əfqan dövlətinə kimi pənahəndə oldular.

Tehran bu vəsilə ilə yenə də o büsati tazalamaq fikrindədir. Əgər millət bu gün özünü nicat verməyə cəhd etməyə, o mənhus dövrədən bədtəri qarşımızdadır. Buna görə də gərək hamı müttəhidən zülm və əsarət zəncirlərin qırmağa çalışaq, təzədən millətimiz özgələrə pənah aparmasın.

 

 

"Azərbaycan" qəzeti â„– 43,

Təbriz, 1 noyabr 1945-ci il. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info