Qonaq Kitabı
FİRQƏ OYUNCAQ DEYİLDİR

Xalqın firqəmizə olan hüsn-rəğbəti çoxlarını yuxudan oyadıb təşkilatımıza çəkməkdədir. Müxtəlif təbəqə və dəstələrə mənsub olan əşxas, dəstə-dəstə gəlib yazıb özlərini üzv olmağa müərriflk edirlər.

Bu axının içərisində yaxşı adamlar və sağlam fikirli azadixahlar, təcrübəli demokratlar olduğu kimi, yalançı ünsürlər də vardır.

Bu ünsürlər kənarda müxalifət etməkdən məyus olub, bizə təşkilatımızın içərisində oyun açmaq fikrindədirlər.

Bunların bəzisi çox şeytanlıq və bədxahlıq ilə işə girişmişlər. Əvvəl firqədən, cəmiyyətdən, məram və məsləkdən dəm vurur, sonra xırda və əhəmiyyətsiz nəzərə gələn iradlarla sadə üzvlərin etimadından sui-istifadə etməyə çalışırlar. Bunların neyrəng və hiylələri çox mahiranədir. Bir vaxt üzvlərimizin və müəssisələrimizin bəzilərini təmcid edir, ancaq bir, ya neçə nəfərə nisbət bədbinlik göstərirlir. Ayrı bir vaxt firqə başında duranlardan birinə təməllüq deyir, ayrılarını yarayan-yaramayan töhmətlər ilə ləkələndirməyə və bu vasitə ilə ortaya nifaq salmağa çalışırlar.

Əlbəttə, bu hoqqaların qabağını almaq çox tez bir zamanda mümkün olacaqdır və firqə üzvləri çox tezliklə onları tanıyıb ağızlarını yumacaqlar. Bundan çox bəhs etməyə gəlməz.

Qorxmalı-yaramaz ünsürlərin başçısı əqidə və məslək müxaliflərinin təşkilatımıza soxulmalarıdır. Bunun indidən qabağı alınmazsa firqə çox tez bir zamanda şikəst tapa bilər.

Bunlar firqəmizin sıralarına qeyd və şərtlə daxil olmaq istəyənlərdir.

Bunlar o adamlardır ki, deyirlər: Biz sizin şüarlarınızın hamısını qəbul edə bilmərik. Onların bəzisi bizim səliqəmizə uyğun deyildir. Biz demokrat olarıq amma bu maddələrə səs vermərik. Biz onlara deməliyik ki, siz buyurun öz məsləkinizə müvafiq bir firqə yaradın. Bizim məsləkimiz budur. Kim bu məsləki tamamilə qəbul edərsə bizim cərgəmizə daxil ola bilər. Kim qeyd və şərt qoymaq istəyirsə, buyurub getsin. Firqə ondan ötrü deyil ki, hər kəs onun içində özünə məxsus bir məslək və bir prinsip icad etsin. Firqə həmfikirlər, həmməsləklər təşkilatıdır. Onun bütün üzvləri bir məram və bir nizama tabe olmalıdırlar.

Yalançı ünsürlər eşitdiyimizə görə şəhərlərdə təşkilatımıza yol tapa bilmişlər, onların içərisində mərmuz adamlar da vardır.

Biz bunu aşkar surətdə deyirik: Demokratik firqəmizin məram və nizami daxilində hər kəs öz fikrini bəyan edə bilər. Şüarlarımızı tamamilə qəbul edən əşxasın şədid tənqidlərini eşitmək bizim ən mühüm vəzifələrimizdəndir. Lakin şüardan kənarda edilən təkliflər bizim düşmənlərimizin təlqini olduğu üçün əbədən nəzərdə tutulmayacaq. O fikirlər tərəfindən israr edənlər istər firqənin konqresində, istər ayrı müəssisələrdə görünürsə çox sadə bir surətdə təşkilatdan ixrac ediləcəkdir.

Ətrafa intixab işindən ötrü gedən firqə məmurları bunu açıq və aydın bir surətdə firqəyə dövtələb olanların nəzərinə yetirilməlidirlər.

Əgər bu kimi adamlar konqreyə intixab edilmiş olsalar zəhmət çəkib gəlməsinlər. Onları etibarnamə komisyonu rədd edəcəkdir.

Demokrat firqəsində demokrat olmayan adamlara yer yoxdur.

Müraciətnaməmizdə göstərilən şüarları islah etmək mümkündür. Lakin onların əsas və prinsipini dəyişmək olmaz.

Milli dildə tədris, məhəlli və iqtisadi muxtariyyətin qanuni əsası üzərində qurulması, lazım olan əyalət və vilayət əncüməni kimi məsələlər dəyişilməz.

Bundan əlavə bəzi sol söz danışan, özünü daha azadixah göstərmək istəyən adamların da zərərli sözlərinin qabağı alınmalıdır. Bunlar əgər öz xətərnək şüarlarını təkrar edərlərsə, sağ və irticai ünsürlər firqədən uzaqlaşdırılırdılar. Bunlar Azərbaycan ilhaqi məsələsini intişar verənlərdir.

 Azərbaycanı İrandan ayırıb ayrı məmləkətə yapışan sözü fəqət firqəmizin bütün düşmənləri tərəfindən intişar tapmışdır. Biz bu şüarların yalan və mənasız olduğunu əməldə isbat edirik. Biz İranın istiqlal və tamamiyyətinə şədidən əlaqiməndik. Azərbaycan isə İran daxnlində öz mədəni, milli haqqına malik olmalıdır.

Bu haqq və ixtiyarı Azərbaycan xalqı qırx il bundan əvvəl silah gücü ilə almağa müvəffəq olmuşdur. Biz onu diriltmək istzəirik.

Yalançı demokratlar isə deyirlər: Azərbaycan sözünə belə ağıza almaq olmaz. Əslən azərbaycanlının dili yoxdur.

Yainki Azərbaycanın varını çəkib Tehrana aparanlar barəsində danışmaq zülfi-yarə toxunmaq deməkdir.

Əsrimiz bu sözlərə gülər və onu diyənləri məsxərə edər.

Belə demokratlar buruyub Zülfuqari[i] kimi öz xüsusi və ailəvi demokrat firqələrini qursunlar, bizim onlar ilə rəfaqətimiz tutmaz.

 

"Azərbaycan" qəzeti â„–15, 

28 sentyabr 1945-ci il.



[i] Azərbaycanın Zəncan mahalında iri torpaq sahibi olmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info