Qonaq Kitabı
LONDON KONFRANSI MÜNASİBƏTİLƏ

Londonda təşkil olunan böyük demokratik dövlətlərin xaricə nazirləri yığıncağı görünür ki: ümum demokratik dövlətlər kimi bizim üçün də böyük əhəmiyyətə malikdir.

Müharibə xatəmə tapar tapmaz ölkəmizdə irticai ünsürlər baş qalxızıb iyirmi illik istibdad və diktatorluq üslunu dübarə diriltməyə başlamışlar.

Məclis və dövlət maşını tamamilə demokratizmin düşməni olan müstəbidlər əlinə düşüb onlar bu böyük  vasitədən istifadə edərək xalq azadlığı və həqiqi demokratiya yolunda mübarizə edən fədakar qüvvələri əzib məhv etməkdədirlər.

….. daha qəddar olan bəzi satılmış dövlət məmurları işi o yerə yetirmişlər ki, böyük yığıncaqlarda xalqı süngü gücü ilə ayaqdan salıb toxunulmazlıq hüququ olan millət nümayəndələrini öldürməyə cəsarət edirlər.

Bütün müharibə zamanı alman faşizminin əleyhinə yorulmadan mübarizə aparan azadixah ruznamələrimiz qanunsuz, məhkəməsiz məmləkətin əsas qanunlarının xilafına olaraq bağlanmış və qeyri-qanuni olan hökuməti-nizamı paytaxt üzərində hakimi-mütləq kəsilmişdir.

Biz bilmirik Atlantik xartiyası nə oldu. Potsdam konfransının qərarları niyə İrana şamil ola bilmədi?

Bu gün irticai və Şərq despotizm ruhu ilə ruhlanmış «Hur», «Nəsime-sabah», «Kişvər» kimi satılmış sağ mətbuat açıq surətdə azadixahları və müharibə zamanında var gücləri ilə müttəfiqlər və azadlıq cəbhəsini müdafiə edənləri ağır, vəhşicəsinə cəzalarla təhdid etməkdədirlər. Bunlar çox aşkar bir dil ilə deyirlər. «Qoy müttəfiqlər qüvvələrini aparsınlar, onda biz sizə azadlıq və demokratlaqı nə olduğunu göstərərik».

London konfransı əcaba bu qorxulu irticadan xəbərsizmi?

Bütün dünya azadlıq və demokratlıq ilə iftixar etdiyi bir halda, iranlılar beş-üç nəfər azadlıq düşmənlərinin boyunduruğu altında əbədi olaraq qalmalıdırlar?

Bundan əlavə Atlantik xartiyası bütün dünya millətlərinə öz müqəddəratını təyin etmək haqqını vermişdir. Biz azərbaycanlılar da bu haqdan istifadə edib İran daxilində öz müqəddəratını təyin edib verdiyimiz böyük qurbanlar bahasına əldə edilən qanuni-əsasını diriltmək istəyirik.

Buna London konfransı xiddən təvəccoh etməlidir. Bizə sabit olmuşdur ki, əgər Azərbaycanda möhkəm bir azadlıq səngəri vücuda gəlməzsə İran camaatı həqiqi azadlığa nail ola bilməz.

Azərbaycan İran azadlığının işıqlı məşəli olmuş, o həmişə işıqlı halda qalmalıdır.

Buna görə arzu edirik, müttəfiqlərimiz millətimizin böyük xidmətini nəzərə alıb onun mürtəce ünsürlərə əsir olmaq yollarını məhdud edəcək və xalqımıza həqiqi demokratik bir recim vücuda gətirmək imkanı verəcəklər.

 

 

P.

"Azərbaycan" qəzeti â„– 9,

21 sentyabpr 1945-ci il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info