Qonaq Kitabı
DÖZÜLMƏZ CİNAYƏT”¦

Cinayət!.. Oxucularımız əlbəttə təəccüb edəcəklər, dözülməz cinayət!.. Bu cinayət nədən ibarətdir. Cani kimdir və kimə qarşı cinayət edilir?

Bəşəriyyət aləminin inkişafı və insan mədəniyyətinin əsrlər boyu tərəqqiyyatı nəticəsində bəşər cəmiyyətində bir para qəti və labüd üsullar vücudə gəlmişdir ki, avam demişkən sünni və şiə bu üsullara inanır.

Dünyana olan bütün mədəni millətlərin qəbul və təsdiq etdikləri üsullardan birisi də milliyyət azadlığı prinsipidir. Məsələn beynəlmiləl hüquq məcmuələrində dərc olub və dünyanın əzəmətli demokrat dövlətləri tərəfindən təsdiq edilən Atlantik xartiyasında[i] deyilir:

Hər xalqın müqəddəratı öz tərəfindən təyin edilməlidir. Milliyyət azadlığı və hər xalqın öz müqəddəratını təyin etmə işində azad və muxtar olması ilə kimi təfərrüat və üsullardan təşkil tapır?

Dil azadlığı, Milli mədəniyyət azadlığı və sairə iqtisadi, siyasi və ictimai azadlıqlar bu məsələnin əsas prinsipləridir.

Azərbaycan milləti dünyanın ən qədim və mədəni xalqlarından birisidir.

Azərbaycanın üç min ildən artıq parlaq tarixi var.

Bütün dünya ədəbiyyatında görkəmli yer tutan şairləri var. Belə böyük bir xalqın özünə layiq tarixi, milliyyəti, dili və ictimai xüsusiyyatı vardır. Bu dil ana dilimiz Hacı Mirzə Həsən Rüşdiyyənin dediyi kimi, Azərbaycan dili - bu dil beş milyondan artıq nüfusu olan qəhrəman, mübariz və azadixah bir xalqın dilidir. Məqaləmizin ünvanını təşkil edən dözülməz cinayət hitlerizmin məhv olması ilə bütün dünyada puça çıxmış mənfur irq nəzəriyyəsinin amilləri Tehran mürtəcelərinin mədrəsələrdə, məhkəmələrdə və dövlət idarələrində bizi müqəddəs və doğma ana dilimizə qarşı olan bir cinayətdir.

Məsum Azərbaycan uşaqları çürümüş faşizmin tərəfdarları olan Tehran başçılarının[ii] hakimliyi nəticəsində öz əziz anna dillərində təhsil etməkdən məhrum qalmışlar.

Əcəb zülmdür! 2-ci əsrdə Hitlerlər və Mussolinilər hökuməti demokrat qüvvələrin qabağında diz çöküb, məhv olduğu bir zamanda, Tehran mürtəceləri hələ də, yenə də bizim Milli mövcudiyyətimizin və tarixi varlığımızı inkar edərək mədrəsələrdə yüz minlərlə azərbaycanlı balalarının dilini kəsirlər. Onun Səttar xan və Şeyx Məhəmməd xiyabanidən yadigar qalan əziz kövhərini tapdalayırlar. Budur bizim haqqımızda olan dözülməz cinayət!..

 

Səməndər

"Azərbaycan" qəzeti â„–3,

12 sentyabr 1945-ci il.



[i] Orijinalda – «mənşurunda» yazılmışdır.

[ii] Orijinalda «zimamdarlarının» yazılmışdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info