Qonaq Kitabı
BİZ VƏ KEÇMİŞ ŞAH

Bizim ilə keçmiş şah arasında münasibətin müəyyən sabiqəsi vardır. Bu, keçmiş şahın ilk irticai addımından başlanmışdır. Biz onun diktatorluq təmayüllərini hiss etdiyimiz dəqiqədən etibarən öz ictimai borcumuzu yerinə yetirərək qələm və dilimizlə, risalələr nəşr etmək, firqə, ittihadiyyə və başqa təşkilatlar vasitəsi ilə mübarizəyə kömək edən bütün vasitələrdən istifadə etməklə açıq surətdə onun əleyhinə üsyan etdik. Bu mübarizənin uzun keçmişi vardır. Hətta keçmiş şahın təhlükəli işləri üzərindən hələ pərdə götürülmədiyi və onun bir çox irticai işlərinin tamamilə üzə çıxmadığı günlərdə biz uzunmüddətli təcrübələrimiz əsasında hiss etmişdik ki, həddindən ziyadə qorxulu və xətərli olan bu adam nə kimi təhlükəli yol tutmuş öz məqampərəstliyi, lovğalığı və tamahkarlığı ilə ölkəni haraya aparmaq istəyir… O gün bir çox adlı-sanlı azadxahlar xəbərsizlik və məlumatsızlıq üzündən zahiri vəziyyətə aldanaraq onunla əməkdaşlıq edib, onun pis niyyətli səltənəti üçün müqəddimə hazırlayırdılar. Bu keçmişi də inkar etmək olmaz.

O gün bizim vəziyyətimiz çətin və ağır idi. Lakin öz ehsasatımızın, habelə İran zəhmətkeş sinfinin adlı-sanlı nümayəndələrinin birliyis ayəsində keçmiş şah əleyhinə hücumlarımız gündən-günə daha şiddətli, daha dağıdıcı və daha möhkəm olurdu. Hələ də o vaxtkı azadixahlar yaddan çıxarmayıblar ki, biz onun «çevrilişinin səbəbkarı mənəm onun əleyhinə yazan qələmləri sındıracağam» ünvanlı məlum bəyannamənin cavabında yazdıq: «Sən kimsən və nə haqla istəyirsən ki, qələmləri sındırasan və dilləri bağlayasan?». Bu sözləri biz iyirmi iki il bundan əvvəl yazmışdıq. Bu hadisə onun diktatorluğunun şiddətli dövrünə aiddir. Bundan sonra mübarizəmiz bir an belə dayanmamalıdır. Bu iftixarlı mübarizə doqquz ilə qədər davam etmişdir. Onun bir-birinin ardınca qalib gəlib qəzəblə işğal etdiyi bütün səngərlərdə öz sinəmizi qalxan etmişdik. Əlbəttə, o gün, irticanın təzyiqi nəticəsində bizim sayımız çox az idi, bugünkü kimi ictimai işlər azad deyildi, bugunkü kimi siyasi mübarizə meydanında hər hansı bir mənsəbpərəst və fürsət tələb adam öz atını oynada bilmirdi. Bugünkü kimi hər bir dəli xasiyyətli adam böyük bir bir firqəni uçuruma yuvarladıb dost, düşmən, xoşbin və bədbin adamlar haqqındca istədiyini yazmağa cürət etmirdi. O günün şücaətli azadixahları öz aralarındakı sadə ixtilafları qəzetlərin səhifələrində əks etdirmək kimi avam bir işə əl atmazdılar. Bu, azadlıq mübarizəsi tarixində misli görünməmiş bir hadisədir. Bəli, o günkü übarizələr canla-başla işləyirdilər. Bu heç də özünü tərifləmək mənasında deyil, bizim o vaxtkı yazılarımızı hadisələr heç də bütünlüklə aradan aparmamışdır. Heç kəs qadir deyil ki, təşkilatlarımızın gördüyü işləri inkar etsin. Özünü həmin qeyrətli mübarizələrin varisi hesab etməyən şəxslər belə iddia edirlər ki, guya onlar birinci növbədə azadixahlıq mübarizəsinə başlamışlar, vay onların halına!

Dediyimiz kimi bu şiddətli və alovlu mübarizə doqquz il davam etdi. Rza xanı meydana çıxaran üsuli-idarə beynəlmiləl irticaın təsirİ, faşizm və nasyonal-sosializmin meydana gəlməsi nəticəsində qüvvətləndi. O, azadlığın kökünü kəsmək üçün kəskin və qəddar tədbirlərə əl atdı. Bir çox qabaqcıl yoldaşlarla birlikdə bizi həbs edib Qəsri-Qacar zindanına göndərdi. O, yalnız həbs, sürgün və rəhmsizcəsinə öldürməklə deyil, hay-küy salmaq, müxtəlif ixtilaflar törətmək yolu ilə bizim kökümüzü kəsmək istəyirdi. Bu hadisələrin keçmişi vardır. Bu gün də təfriqə salmaq yolunda ilk addım atan hər hansı bir adam keçmişi yaddan çıxarmamalıdır. Biz on bir il həbsdə qaldıq. On bir illik təzyiq, məhrumiyyət, əzab-əziyyət və aclıq cismən bizi taqətdən salsa da, ruhiyyəmiz əvvəldə olduğu kimi yenə də qüvvətlidir. Hətta, zindanın daxilindəki Ən ağır şəraitindəki vaxtlarda belə biz mübarizədən əl götürmədik.

Mübarizəmiz heç də özünü göstərmək və təzahür xatirinə deyil idi. Dəlilər kimi əsəbilik və ya məqampərəstlik üzündən özümüzü suya və oda vurmurduq. Öz işlərimizi ictimai mübarizə qaydalarına uyğun və planlı surətdə həyata keçirib, möhkəm addımlarla irəliləyir, həmişə öz abır və heysiyyətimizi qoruyurduq. Bunu xüsusilə qeyd etməliyik ki, bizim iyirmi illik mübarizəmizin heç vaxt xüsusi cəhəti olmamışdır. Biz heç vaxt ölkəni uçuruma sövq edən bir müstəbid acgöz və xudpəsənd adamdan öz şəxsi nöqteyi-nəzərimizlə intiqam almaq fikrində olmamışıq. Hətta şəhrivərdən sonra dil və qələmin nisbətən azad olduğu vaxt onun və həmkarlarının əleyhinə öz kin və xüsusi ehsasatımızı işə salmadıq. Biz həbs və sürgün olmağımızla alver etməyi qətiyyən xoşlamadıq. Mübarizəmiz daim inam və əqidə ilə əziyyət çə\kən zəhmətkeş sinfin mənafeini qorumaq uğrunda cərəyan etmişdir.

Əlbəttə, biz öz ürəyimizdə həmişə keçmiş şaha nisbətən xüsusi kin və şiddətli düşmənçilik hiss edirdik… Biz, yalnız Pəhləvinin özündən deyil, eləcə də onun mənfur üsuli-idarəsindən intiqam almaq istəyirdik. Biz bu intiqamın qanlı və rəhmsiz olmasını istəyirdik.

Əlbəttə, bu kəskin ictimai hissin törənməsində bir növ xüsusi hiss də rol oynamış idi. Bu hissi, hicazinin, əli Şərqinin, Eraninin, Məhəmməd Ənzabinin, Məhəmməd Bağırın, Əli Ağapur Rəhmətinin, habelə siyasi mübarizə yolunda nəzmiyyətinin qaranlıq zindanlarında can vermiş sair gənc azadixahların ölümü törətmişdi. Biz bu müqəddəs hissi həmişə qüvvətləndirməyə çalışıb, bundan sonra da onu heç vaxt unutmayacayıq.

Təbiət Rza xanı bizim pəncəmizdən çıxarıbsa da onun həmkarları və himayəçiləri, onun irticai üsuli-idarəsindən hələ də tərəfdarlıq edən adamlar aradan getməmişlər. Bunlar nəhayət bir gün intiqam tribunası qarşısında dayanmadı, tökdükləri nahaq qanların cavabını verməlidirlər.

Bu intiqam alamağın müəyyən dərəcə xüsusi və yoldaşlıq cəhəti olduğuna baxmayaraq, o, heç də xüsusi kin deyildir. Ona görə də, Hicazilər, Ənzabilər, Əli Şərqilər, Eranilər, Seyid Məhəmməd Tənhalar, purrəhmətilər və sair bu qabil mübarizələr heç də adi adamlar olmamışlar. Bunlar cəmiyyətin müəyyən sinfinin nümayəndələri olmuşlar. Rza xan polisi bunları yalnız ictimai hərəkatın qarşısını almaq üçün aradan aparmışdır. Rza xan özü də bizim və bizim kimi adamları heç də xüsusi və fərdi intiqam hissi ilə zindan məngənəsinin təzyiqi altına salmamışdı. O da bizləri özünün, eləcə də müəyyən sinfin mənafeyini qorumaq üçün vasitə olan üsuli-idarənin müxalifləri və ciddi düşmənləri kimi tanınmış idi. O bizi boğmaqla müəyyən müxalif ictimai qruppu aradan aparmaq istəyirdi. O, Şərqin, Ənzabini, Hicazini şəxsən tanımırdı. Eyni halda o şəxsi intiqam çəkməyi xoşlayırdı.

Əsas etibarı ilə kiçik adamlar şəxsi mübarizəyə, şəxsi intiqama, şəxsi kin bəsləməyə əl atırlar. Rza xanın mənəviyyatı o qədər zəif və kiçik idi ki, hətta Ən əhəmiyyətsiz sözü özü üçün böyük təhqir hesab edərək, həmin sözü deyən adamdan rəhmsizcəsinə intiqam alırdı.

Bizim əqidəmizcə ictimai intiqam və kin bəsləməkdən qətiyyən göz örtmək olmaz. Lakin bizim ictimai mübarizəmizi öz qərəzli, kiçik və miskin baxışları ilə qiymətləndirən adamlar, bu mübarizənin və eləcə də bu yolda şəhid olmuş yoldaşlarımızın hiss və duyğularını dərk edə bilməzlər. Bu cür adamların mübarizəsi və intiqam çəkmək niyyətləri də şübhəsiz, nəzəriyyələri kimi qısa və fikirləri kimi çatışmazdır.

Bizim mübarizəmiz ictimai mübarizə olduğuna görə intiqamımız da qətiyyən və hər cür şəxsi qərəzlərdən azad olacaqdır. Biz iyirmi illik əzab-əziyyət çəkməsəydik belə yenə də bu intiqamdan göz örtməzdik.

 

 

"Acir" qəzeti, 12 mordad

1323, h. ş., â„– 174.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info