Qonaq Kitabı
AZQUR ”“ BATUM

Səhər tezdən Azqurdan çıxdıq.

Faytonumuzun atları Borjoma doğru dördnala gedirdi. Gün batana yaxın Xaşura çatdıq. Orada dəmiryol qatarını görüb şaşdım. Şaşqınlığım qatara girəndən sonra daha çox artdı. Bir-birinin arxasınca uzun-uzadı düzülmüş, gözəl rəngli otaqların atsız, pküzsüz özbaşına getmələrinə bir dürlü inanmadım.

Qatarımız bərk kişnəyib pıxıldayandan sonra yola düşdü. Mən pəncərənin yanında oturub çölə baxırdım. Teleqraf dirəkləri, ağaclar, dağlar bizim tərsimizə doğru axır, hey axırdı. Axşam olunca mumlar yandı. Bir neçə saat sonra hər kəs öz yerində xoruldamağa başladı.

Misə düşünürdüm. Bu qədər çox və ağır otaqları çəkib aparan və belə bərk qaçıran nədir? Bu qaranlıq gecədə nə cür görüb gedir? Qatarın beşik kimi yırğalanması məni də yormuş, yuxulatmış, həm də eylə dərin yuxulatmış ki, səhər güclə oyandım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info