Qonaq Kitabı
G ”“ K HƏRFLƏRİ

Bəzi səsli və səssiz hərflərimizin əksikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll və islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricada, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əksik, imlamız çox qarışıq, türkcə sərf və nəhv qaydalarımız ziyadə nizam və ittirazsız olduğu halda bu qarışıqlığa bir də bəzi hərflərin işlənəcək, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur. Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylənişlərinə görə bu gün ayrı-ayrı şəkil və əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda hər şeydə görülən islah və tərəqqi hərflərimizin şəkilərini də əski halında buraxmadı. Zaman və zərurət müqtəzası olaraq hərflərimiz də yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini də ayrı-ayrı yazdığımız g, k və nuni-səğir hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı. Amma oxumanın hər kəs arasında yayılması lüzumu, çocuqların qolaylıqca oxudulması zərurəti, əksik hərflərimizi yavaş-yavaş dəyişdirərək əlifbamızın islah və təbdilinə pək böyük meydan açdı. İştə qolaylanmaq və tərəqqi etmək məqsədilə 3-4 səs üçün bir şəkildə yazılan k hərfi indi k, g və nuni-sağır şəkillərində yazılır. Şəkk yox ki, bir vaxt vav – v, ya – i hərfləri də islah edilərək hər səsə görə birər şəkil yazılacaqdır. Məqsədim burada o çətin işə girişmək deyil, ancaq birər əlamət ilə ayırdığımız hərflərin yazılacaq yerlərini qarışdırıb oxumağı daha çətinə saldığımızı göstərməkdir. Məsələn, k hərfini Qafqazın bir qisim mühərrirləri gördüm, görmək, güllə, gəzişmə kəlmələrindəki kimi (gaf) yerində yazırlar. Bir qismi isə, xüsusilə, Bakı mühərrirləri “kaf”ı sağır nun deyilən n yerində işlədir (Əhmədin, sənin, könül, dəniz...) yazırlar. Demək ki, n ilə k hərflərinin səsləri, şəkilləri yaxşı bilinmədiyindən bir-birinə qarışdırılıb k yerində ng yerində k yazılır. Bakıda, Tiflisdə təb edilən kitablara diqqət yetirilirsə, bu qarışıqlıq və ayrılıq çox gözəl meydana çıxar ki, bir məmləkətdə, şəhərdəki bu ayrılıq bizim üçün çox böyük bir nöqsan və oxutmaq üsulunda isə pək diqqətə alınacaq bir xətadır. Buna görə madam ki, gk hərflərini ən əvvəl yazanlar və meydana çıxaranlar osmanlılardır və madam ki, bu gün ora kitablarının hamısında g hərfi gördüm, gəzmək... sözlərindəki kimi gaf yerinə və k hərfi də Əhmədin, sənin... sözlərindəki kimi sağır-nun yerinə yazılır və bizim Rusiya müsəlmanlarından bir çoxları da o yolda yazmaqdadırlar, bundan sonra biz də ümumiyyətlə gaf yerində g (gördüm) kimi, sağır-nun yerində də n (Əhmədin) kimi yazalım. Yazalım ki, hərflərimizin şəkilləri, işlənən yerləri heç olmazsa bir və müştərək olsun.

 

Nemanzadə

“Şırqi-Rus” qəzeti, 19 iyun 1904, â„– 78.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info