Qonaq Kitabı
EY İRAN

Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşrutəyə qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb müctəhidlərinizə dil uzatdırdınız, firəngməab cavanlara yol verib, qırmızı saqqallıları dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!

Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamları köməyinə ümidvar olan səbrli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində şimaldan, cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır... Azərbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxayın ol! Arxayın ol ki, nə baş çapmağına, nə mərsiyəxanalarına, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.

Ey başı əmmaməli müqəddəs İran! Hazır ol ki, gözlədiyin günlər yaxınlaşır.

 

 

“Molla Nəsrəddin”, 1911, â„– 3.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info