Qonaq Kitabı
NƏ DEYİM

Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.

Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar: “Ay şiələr, gəlin şuri-nəvaya...”

Budur, tanışlarımdan bir nəfər rus yanımı kəsib soruşur ki: “Sizin müsəlmanlar bu gün niyə bu qədər başlarına vururlar? Yoxsa bunlar iranlılardır ki, vətənlərinin halına ağlayırlar?”

Allah xatirinə, ay şiələr, bir məni başa slaın görüm, bu rusa nə cavab verim və nə deyim?..

Hələ mən bilmirəm ki, xalqın biznən nə işi var. Dünən bir erməni məndən soruşur ki, Naxçıvanda filan hacı niyə 22 lirə pulu göndərir müftəxor müctəhidə.

Deyirəm ki, hacı Allah bəndəsidir, mömindir, səxavətlidir, dindardır və xülasə. Gör nainsaf erməni mənə nə cavab verir. Mənə deyir ki, asma, din haqqı, İsa haqqı, o hacı ki, müctəhidə 22 lirə göndərib, keçən il rusa pambıq satanda pambığın içinə altı danə köhnə kişmiş meşoku soxmuşdu ki, pambıq ağır gəlsin. Pambıq alan hacının fəndini duyub bir çox adam içində hacının üzünə tüpürdü.

İndi mən bilmirəm erməniyə nə deyim və nə cavab verim?

 

 Dəli.

“Molla Nəsrəddin”, 1910, â„– 1.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info