Qonaq Kitabı
QƏRİBƏ QUTU

Peterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu günlərdə Zaqafqaz ruhani idarəsinin adına poçt vasitəsilə bir yekə qutu “pasılka” göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasına yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar və saldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki, qutuda üç nəfər qarnı yoğun molla əyləşib.

Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi”Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçərlinin əvəzinə və birimiz də Rəşidbəy Əfəndiyev[1] əvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə “İrşad”a müdir olam və laızm gələndə müsəlman vilayətini gəzəm və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır.

 

 

Molla Nəsrəddin”, 21 aprel, 1907, â„– 16.



[1] Rəşidbəy Əfəndiyev (1863-1942) – Müəllim, yazıçı və şair. İnqilabdan əvvəl Azərbaycan dilində yaratdığı məktəb dərslikləri, rus dilindən etdiyi tərcümələrlə məşhurdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info