Qonaq Kitabı
AXIR ÇƏRŞƏNBƏ

“Köhnə günə gün çatmaz, calasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər. Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax, bayram belə olar.

Doğrusu, bu çərşənbə mənim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: nə qoç döyüşdürmək, nə at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən camaat lap dinlərindən və məzhəblərindən çönüblər. belə bayram olar? Heyf o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlarnan getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz din-məzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşəmək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətlən çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar!

 

 

Dərdmənd,

Molla Nəsrəddin”, 24 mart, 1907, â„– 12.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info