Qonaq Kitabı
CAVABLAR

Axısxadan: Cənab “Molla Nəsrəddin” 1-ci nömrə məcmuəsində 9 maddə sual edib cavab verənlərə bir il məcmuəsini pulsuz göndərməyini nəzr edibdir. Buna görə bu aşağıda dərc olunan cavabları verib təvəqqe edirəm ki, əgər qəbul olunursa əvəzində birinci nömrədə “Molla Nəsrəddin” qabağında yatan cənablarl yuxudan durğuzsun.

1-ci suala cavab – O şəhər Bakı şəhəridir ki, qlava divanxanasının on bir nəfər əzasından ancaq biri öz dilində hıqqana-hıqqana qol çəkə bilir...

2 – Şeyx Zahidin bacısının nəvəsinin xalası yuxuda görüb ki, Şeyx Əsgər Səfərinin gecə kitabının Fanatik babının “təfriqə” bəhsində yazılıbmış ki, ortalığı bulaşdırmaq üçün qabı yumaq lazımdır...

3 – Əhər Şəki, Şamaxı şəhərlərinin mədrəsələri dəxi hesaba daxil olursa qumarxana çoxdur...

4 – Çarəsi budur ki, cənab Molla Nəsrəddin qəti bir elan cari qıla ki, bundan sonra gərək yas evinin qabağına cəmiyyəti-xeyriyyə tərəfindən bir vəkil qoyula və hər gələn molla millət nəfinə hökmən bir şahı verə... və kişilər (lotular) and içələr ki, bundan sonra onlar naməhrəm övrətlərə baxmayacaqlar.

5 – O cürə kitab ancaq Axsxa uyezdinin qəryələrində tapılar.

6 – Müsəlman vaizlərinin qafil karxanalarından çıxır...

7 – İran xanlarından o cürə xasiyyət aldıqlarına səbəb.

8 – Bu o sirrdir ki, hava buludlu olduğu üçün mauzer naxoşluğu insana tez sataşar...

9 – Kamali-ehtiramla ərz edirəm ki, haman teatronun bufet kassasına.

 

Göy altında, yer üstündə - Heyrani.

Molla Nəsrəddin”, 27 aprel 1906, â„– 4.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info