Qonaq Kitabı
ŞƏKİDƏN

Bəzi şəhərlərdə üsuli-cədid məktəblərindəki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girməyib, ya ki girəməyib babalarının əski sənəti ilə iktifa edirlər. Məlumati-elmiyyə və fənniyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, nə də yeni və müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilərə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən sənaət şöbəsi təsis olunacaqdır.

İbtidai halda şagirdlərə ipək qurdu, ya ki böcəyi xüsusda əməli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatın hümmətindən meydana gəldiyi, irəlidə məktəbimizdə səbilərə bir qaç dürlü iş göstəriləcəyinə kafidir.

Müəllim Nemanzadə.

Tərcüman” (1)  qəzeti, 5 iyul 1898, â„– 22

 

 

(1) “Tərcüman” 1883-1918-ci ilərdə Bağçasarayda Krım tatarlarının dilində İsmayıl bəy Qasprinski (1851-1914) tərəfindən nəşr olunan qəzet. İsmayıl bəy öləndən sonra qəzetin nəşrini onun oğlu inqilaba qədər davam etdirmişdir. Bu qəzetin rusca əlavəsi də vardır. 90-cı illərdə Rusiyada türk xalqlarının dilində çıxan yeganə qəzet olduğu üçün orada azərbaycanlı publisistlər də iştirak edirdilər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info