Qonaq Kitabı
Nə vecinə

Əli çiçək ayağı gül,

Teli ipək, darağı gül.

Üzü qönçə, yanağı gül,

Boya onun nə vecinə?!

 

Günəş əridə dağları,

Əriməz sinənin qarı.

Başı buluddan yuxarı,

Dərya onun nə vecinə!

 

Nə fələyə fələk deyir,

Nə illərə boyun əyir,

Yerişindən yer titrəyir,

Qaya onun nə vecinə!

 

Hər sözü duzlu-məzəli,

Yüz işvəli, yüz qəmzəli,

Sərxoşdur, dünya gözəli,

Dünya onun nə vecinə!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info