Qonaq Kitabı
QİTƏ

Ey qorçubaşı, ey sitəm əhlinə pişva,

Şahın qulu olan sözinə bipir gərək.

 

Fərmani-şahdur, versən alduğun geri,

Fərmanə baxmadun, sənə mövtdən həzər gərək.

 

Hökmə qulaq asmadınü baxmadun daği,

Ərbab zülmü cövrini kurü kər gərək.

 

Mən şamlu fəqiriyəm, sən qəcər bəgi,

Sən əhli-şərsənü sana bir əhli-şər gərək.

 

Abbas şah hökminə endürmədün boyun,

Boynu yoğunlusan, sana tiğü təbər gərək.

 

Şahdan səninçün alayım bir qəcər dağı,

Bildüm yəqin ki, kuni-xərə kiri-xər gərək.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info