Qonaq Kitabı
TƏRKİBBƏND

Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm,

Hərifi-badəkeşi-bəzmi-sağəri-ələməm.

 

Əlimdə cami-bəla, eşq kişvərində Cəməm,

Nəzərdə gərçi gədayəm və leyk möhtəşəməm.

 

Başımda çətri-siyəh sayəbani-ahımdur,

Hücumi-dərdü bəla ləşkərü sipahımdur,

 

Mənim ki, gəzmədi hərgiz sipehr kamımla,

Müyəssər olmadı bir kam ehtimamımla,

 

Oturmadım nəfsi sərvi-xoşxuramımla,

Tamam olmadı ömrüm məhi-təmamımla.

 

Həmişə çərxdən azardur nəsib mana

Zəmanədən yetişür möhnəti-qərib mana.

 

Nədür zəmanə işi, cövr ilə cəfa etmək,

Sipehr şivəsi təğyiri-müddəa etmək,

 

Rəqib dərdi-dilin bilməyüb dəva etmək,

Məni ki, dərdi-dilim sərbəsər cəza etmək.

 

Könül, zəmanədən incinmə, şadü xursənd ol,

O aqil irməz isə, bari sən xirədmənd ol.

 

Hilal tək fələkün cövründən xəm olsan tək,

Bəlayə həmnəfəsü dərdə həmdəm olsan tək.

 

Hərimi-cövrü cəfa məhrəmi-qəm olsan tək,

Qəribü badiyəpeymayi-aləm olsan tək.

 

Ki, əglənüb qalasan qeyr müddəasilən,

Bəli, deyib gəzəsən özgələr rizasilən.

 

Əgər ki, yarə müti olsa yar, ar olmaz,

Qəbuli-xidməti-əhbaba şərmsar olmaz,

 

Rəfiq xidmətidi, kəsri-etibar olmaz,

Get-gedə sitəmin çəksə, xarü zar olmaz.

 

Nəuzbillah, əgər süflə ola mənzurün,

Günah ilə nə miqdar ola məqdurün.

 

Şükür kim, talibi-dünyayi-dun degil könlüm.

Hərifi-xəlvəti-bəzmi-cünun degil könlüm.

 

Müqəyyədi-qədəhi-laləgun degil könlüm,

Zəbuni-minnəti-xəsmi-zəbun degil könlüm.

 

İşim həmişə qəmü dərd birlə şad olmaq,

Murad tərkin edüb rindü namurad olmaq.

 

Nə bir rəfiq ki, rəf'i-məlal edəm naçar,

Nə bir təbib ki, dərdi-dil eyləyim izhar,

 

Mənəm həmin qəmü ənduhü kəsri-səbrü qərar,

Budur mana fələkün lütfü az-çox dəvvar.

 

Nə ruzigar, nə dirilik, nə müddəadur bu,

Bu işdə kari-rəva olmadum, rəvadur bu.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info