Qonaq Kitabı
ƏRZİ-HAL

Ey sipehri-bərinə mehri-münir,

Şahi-aləmstani-kişvərgir.

 

Dedi gərdun fələk sərir sana,

Əbdkum yazdı çərxi-pir sana.

 

Təxt iyiligi rikabgirindür,

Cami-giytinüma zəmirindür.

 

Sən bu gün padşahi-İransan,

Cami-Cəm aləmə Süleymansan.

 

Padşahım, sipehri-hiylənüma,

Gör nə rəng ilə cövr qıldı bana.

 

Şah Təbrizə əzm qılğanda,

Əzm ilqarı cəzm qılğanda.

 

Bəxt sahibi-fəraş qıldı məni,

Mərəzə xacə taş qıldı məni.

 

Eylədi dur xaki-rahindən,

Saldı iraq məni sipahindən.

 

Şimdi üç ildən füzundur məni-zar

Ki, gəhi sağəm və gahi bimar.

 

Eylədüm xidmətində çox təqsir,

Leyk şahənşəhi-sipehrsərir

 

Qalmadı etdüğim günahlərə,

Qatmadı məni üzrxahlərə.

 

Yenə yüz lütfü yüz kərəm qıldı,

Sərfəraz etdi, möhtərəm qıldı.

 

Bu uçurda ki, bəxt yar oldu,

Söhbətim təndə bərqərar oldu.

 

İstədüm xaki-rəhgüzarın olum,

Canfəşanlığda biqərarın olum.

 

Şükrüllah, yetişdim ol kamə,

Yetdi ağazi-əzmim əncamə.

 

Ayağın toprağına yetdi yüzüm,

Bəlkə səm'i-qəbula yetdi sözüm.

 

Çərx gördü ki, şahi-bəndənəvaz,

Mana qanun lütfün eylədi saz.

 

Əndəlibmədih oldu tilim,

Daməni-iltifatə yetdi əlim.

 

Təb'imə əş'ar yol tapdı,

Eyş viranə könlümi yapdı.

 

Yenə bir rəng etdi çərxi-dürəng

Ki, səməndi-səadət oldu ləng.

 

Yəni aldı ayağımı əyyam,

Sındı əlkimdə incidin tolu cam.

 

Bir mərəz birlə bağladı ayağım

Ki, səri-kuyin olmaya tayağım.

 

Tüşdü yoldan səməndrəftarım,

Gögə yetişdi naleyi-zarım.

 

Tapdı çün payi-illətim payə,

Ərz qıldım anı ətibbayə.

 

Etdilər çün dəva büsatını teyy,

Dedilər axır üd-dəvar əlini.

 

Min heyvanə təb'i-baytarı,

Bir tükün qoydu karü barı.

 

Mərəzə dağ vermədi səhhət,

Bu həm oldu izafeyi-illət.

 

Olmadı dağ dərdimə mərhəm,

Bir ikən iki oldu dərdü ələm.

 

Səndin, ey padşahi-qədrbülənd,

Olmuşam bir dəvayə hacətmənd.

 

İstərəm hacətim rəva edəsən,

Rüsxətilə mana dəva edəsən.

 

Şahi-Cəmcah gilməsinə rəvan,

Olum mən iraqə müjdərəsan.

 

Nameyi-fəthini əyan edim,

Xas ilə amı şadman edim.

 

Ta dəva dərdi-canə mərhəmdür,

Ta ələm mənşeyi-qəmü həmdür.

 

Dustun bolmasun ələmdə əsir,

Düşmənin olmasun bəladən sir.

 

 

"Ərzi-Hal" başlığı şeirə şərti olaraq verilmişdir 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info