Qonaq Kitabı
SAQİNAMƏ VƏ BƏRXİ ƏZ ŞİKAYƏTİ-RUZİGAR GUYƏD

Gil, gil, ey rahəti-canım, saqi,

Başda, gözündə rəvanım, saqi.

 

Gil, gil, ey həmdəmi-razım, gil,

Vey qəm əyyamidə dəmsazım, gil.

 

Gil, gil, ey dilbəri-şirin hərəkat,

Vey zülali-kərəmin abi-həyat.

 

Gil, gil, ey qəmzədələr həmnəfəsi,

Beli məzləm əlinin dadrəsi.

 

Badəsiz bəzmi xumar öltürdi,

İntizari-rüxi-yar öltürdi.

 

Bir qədəh birlə xərab eylə məni,

Qərqeyi-aləmi-ab eylə məni.

 

Məni bir cam ilə yad eylə bu gün,

Dili-naşadimi şad eylə bu gün.

 

Gətür, ol mayeyi-yəxnini gətür,

Gətür, ol çeşmi-cəhanbini gətür.

 

Badə ver kim, qəmü dərd oldu füzun,

Necə tutsun əlimi sağəri-xun.

 

Getdilər həmdəmü həmrazlarım,

Dərdü qəm bəzmida dəmsazlarım.

 

Qanı onlar ki, məlal əyyamı,

Tutar irdüq böylə işrət camı.

 

Qanı onlar ki, xəvasım idilər,

Xəlvəti-xasdə xasım idilər.

 

Qanı ol nəxl ki, kam irdi bizi,

Vəsl canan idi növrəsimizi.

 

Qanı ol piri-rəhi-irşadım

Ki, hər işdə bar idi ustadım.

 

Qanı onlar ki, məlalət çağı,

Eşqdən özgə çe halət çağı.

 

Görsalar irdi ki, pamali-qəməm,

Həmdəmi-naləvü yari-ələməm.

 

Yarlığ birlə tutarlardı əlim,

Durub istərlər idi dərdi-dilim.

 

Tiri olduqca dilara idilər,

Öldügüm dəmdə Məsiha idilər.

 

Qanı ol əhli-vəfalar, qanı?

Mə'dəni-cudü səxalar qanı?

 

Tut qədəh kim, ələm öltürdi məni,

Tiri-barani-qəm öltürdi məni.

 

Qədəhi tut ki, bula dafeyi-huş,

Anı içkəndə deyə nuş süruş.

 

Qədəhi tut ki, anı malamal,

Zal əgər içsə, bula Rüstəmi-Zal.

 

Qədəhi tut ki, içib məst olayım,

Badəkeşlər bilə həmdəst olayım.

 

Bir tolu rəhm elə vapəsliğimə,

Yox ki, vapəsliğə, bikəsliğimə.

 

Bergil ol cam ki, cəm mayəsidür,

Can təmənnası, könül vayəsidür.

 

Fürsəti bar bu gün, badəni sun,

Olmasun dəhrimin olmasidin son.

 

Yox ikən bir yeməgə dəstrəsim,

Səbədün badeyi-cami-həvəsim.

 

Şimdi kim, saldı ayağdin məni çərx,

Bolmasun heç kişinün düşməni çərx.

 

Nə təhəmmül, nə təğafüldür bu,

Bir qədəh ver, nə təkahüldür bu.

 

Yarlar yarlığı böyləmi olur?

Yar qəmxarlığı böyləmi olur?

 

Bumudur əhli-mürüvvət rəvişi?

Bumudur yari-kərəmpişə işi?

 

Yarlığ şəm'i söndümü, nədür?

Yoxsa qanlar suya döndümü, nədür?

 

Gör ki, çərxi-sitəmayin netdi,

Bu qələt gərdişi-kəmbin netdi.

 

Mən ki, ərbabi-vəfa irdi işim,

Bivəfalarğa idi sərzənişim.

 

Şimdi dövrani-cəfapişə məni.

Gərdişi-çərxi-kəcəndişə məni.

 

Bivəfalar bənə zari etdi,

Aqibət payi-çinari etdi.

 

Dəhrdə qalmadı bir mərdanə,

Hərfi-sövtilə keçər əfsanə.

 

Oldu əsbabi-şücaət pamal,

Öltürür Rüstəmi-Zal örtiğə zal.

 

Saqiya, gəl ki, pərişan oldum,

Köp əlaxanü əlaman oldum.

 

Sadiqi, pəs neçə bir şərhi-məlal,

İşrət ərbabına barlandı kəlal.

 

Sana kim, dövri-qəm üftadəsisin,



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info