Qonaq Kitabı
Qəmi-fəraqın ilə dərdnak olub gedərin

Qəmi-fəraqın ilə dərdnak olub gedərin,

Nə dərdnak ki, qəmdin həlak olub gedərin.

 

Gedərlərsə cünun əhli-çakpriahən,

Yəbanə söyləmə, min sinəçak olur gedərin.

 

Yakarsa hicr odu aludə cismimi, nə ziyan

Ki, vəsl uçmağına safü pak olub gedərin.

 

Rəqib tə'ni gidərməz məni, məazüllah,

Demə bu mərəkədən zəxmnak olub gedərin.

 

Qapında böylə ki, qəm payimaliyəm, bilürin

Ki, aqibət rəhi-şövqində xak olub gedərin.

 

Vida vəqtidür, ey müddəi, cünunimi gör,

Saqın, saqın, yenə bitərsü bak olub gedərin.

 

Nə dövri-xasdur, ey Sadiqi, bu kim, məni-məst,

Gəlüb təmani-hünər, eybnak olub gedərin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info