Qonaq Kitabı
Vüsali müjdəsidin əşkbar gözüm

Vüsali müjdəsidin əşkbar gözüm,

Gər ağlamas nə əcəb edir nisar gözüm.

 

Gözüm bəyazında xalın xəyalı bağladı nəqş,

Qırağını sanma kim, eylədür aşkar gözüm.

 

Könüldə qalmasa bir qətrə qan əmanətdür bana

Ki, hər barda tökər qətrə səd hezar gözüm.

 

Fəraq yanımda ki, ağlar oldu səbəbi,

Satur qara günə bu tirə ruzigar gözüm.

 

Ni tan yarutsa gözüm xəlvətini sübhi-vusal,

Fəraği-şamdə köp çəkdi intizar gözüm.

 

Fəzayi-kuyinə qoy seyri-əzmi birlə qədəm

Ki, zahir eylədi hər yanda laləzar gözüm.

 

Qərib aləm imiş eşq, Sadiqi, kim irür,

Xəzani çöhrə bilə əbri-novbahar gözüm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info