Qonaq Kitabı
Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi

Məni dün seyri-əyağ mey birlə saqi dəstgir etdi,

Famxanəsində bir idüm rövşənzəmir etdi.

 

Məgər kim, mai-meydən özgə bir şərbət bulunmazdı,

O gün kim, çərxi-varun xilqətim xakin xəmir etdi.

 

Yatıb tutmaqda fərqi yox gədanın şahdən, dövran,

Əgər yalın ona qaqım buna bəstər həsir etdi.

 

Behəmdüllah, bu gün bir növcəvan, saqi, əlim tutdu,

Məni-üftadəni ənduhi-dövran gərçi pir etdi.

 

Sənin dür tək sözünə, Sadiqi, canan qulaq tutmaz,

Səni tutdum ki, dövran ənvəri qıldı zəhir etdi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info