Qonaq Kitabı
İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə

İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə,

Yəni aşiqlər ilə, didəsi pürxunlar ilə.

 

Nəmi-əşkim əsəri yıxdı gözüm bünyadın,

Yıxmaq olmaz bu məmurəni Ceyhunlar ilə.

 

Könlə zikri-ləbin eyləmədi zülfini ram,

Nə talandur ki, tutulmaz belə əfsunlar ilə.

 

Nola gər olsa sarı çöhrəsi ərbabi-qəmin,

Yüzümüz olsa dilər arizi gülgunlar ilə.

 

Şadlıq qandavü mən qanda, budur məqsudum.

Ki, tutum guşeyi-qəm xatiri məhzunlar ilə.

 

Yüz çavurdi sənəmim şimdi olalı ki, kərəm,

Bəxti-bərgəştələrü taleyi varunlar ilə.

 

Sadiqi, gər sözünə yar qulağdur, nə əcəb,

Yandaşur gövhəri-nəzmin dürri-məknunlar ilə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info