Qonaq Kitabı
Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç

Könlün istəsə qəm dərdiğə dəva, qədəh iç,

Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.

 

Vüsal bəzmida əgər tüşsə ərzi-halə məcal,

Hicab dəf'i üçün əl tola-tola qədəh iç.

 

Gör, ey disan fələkün sübhü şamı yeksan,

Əgər səbah qədəh tutü gər məsa qədəh iç.

 

Əgər ki, meykədəğə tüşə, möhtəsib, güzərin,

Xilafi-məşrəb edüb qılma macəra, qədəh iç.

 

Demə xumari bəladür deyü qədəh içmən,

Ki, bar duayi-qədəh dafeyi-bəla, qədəh iç.

 

Qanadı ensə məqamın bəqa əcəl, ey dil,

Unutma dövri-qədəhnivü cabəca qədəh iç.

 

Zəman küdurətidin, Sadiqi, əgər bilsən,

Mükəddər olmaya könlün, mükərrəra qədəh iç.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info