Qonaq Kitabı
Sərv qaldı cilvədən sərvi-xuramanım görüb

Sərv qaldı cilvədən sərvi-xuramanım görüb,

Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.

 

Gər pərişanəm, vəli şadəm ki, eşqidən rəqib,

Xatirin cəm eylədi hali-pərişanım görüb.

 

Yardən də'vayi-qətlim eyləsəm irməs əcəb,

Gər pərişan ola şux hali-peşimanım görüb.

 

Mahi-no ovci-fələkdə sanma gər kim aftab,

Tutdu üz şərməndəlikdən mahi-tabanım görüb.

 

Oldu təsiri-cünunim öylə kim, rahi –ədəm,

Tutdu Məcnuni-dəhrdən hali-giryanım görüb.

 

Sinəmi şak eylədüm hər yan məni bidərdlər,

Etdilər rüsvayi-aləm daği-pünhanım görüb.

 

Yar cövrü bəs degilmi, Sadiqi, şad olma kim,

Tərki-cövr etdi fələk birəhm cananım görüb.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info