Qonaq Kitabı
Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur

Xoşa onlar ki, canan bəzmində məhrəmləri bardur,

Mənimdik bikəs ərbablar, yavuq həmdəmləri bardur.

 

……… çün söz birlə əhvalın sorar əğyari-bidərd,

Neçün şad olmasunlar, rəhmsiz mərhəmləri bardur.

 

Məgər kim, ol səri-ku itləri məlum qılmışlar,

Mənim yox olduğum kim, əcəb matəmləri bardur.

 

Məni əfsürdə qıldı hicr suzi-vəsli-canımdin,

Qavansunlar olar kim, özgəcə aləmləri bardur.

 

Gözün mərdümləri ta tutdu mənzil bəhri-əşkimdə,

Müəyyən oldu kim, aləmdə su adamları bardur.

 

Olar kim, şadmanluq birlə ömrü sərf qılğaylar,

Əgər naşad olursa Sadiqi, biqəmləri bardur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info