Qonaq Kitabı
Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz

Navəki-cövrün sinəmə könlüm ona peyvənd eylənüz,

Bu səmərdin nəxli-ömrümni bərumənd bar eylənüz.

 

Ey edənlər mehr ilə xoşdil qərəz ərbabını,

Gah-gahi bəzmi həm cövrilə xürsənd eylənüz.

 

Ya çəkin divanə könlümni vəfa zəncirinə,

Ya çəkib tiği-cəfa pərkənd-pərkənd eylənüz.

 

Ağrı rüxsarındamıdur xəstə könlüm dərdnak,

Ey dəvacular, tədava çün gülbənd eylənüz.

 

Bidi-məqtuli imastur tilbə nasehlər məni,

Əql təklifidin ol qabili-bənd eylənüz.

 

Sadiqitin qeyri-rusva sanmanız, ey əhli-həvəs,

Əql ərbabın səri-Məcnunğə manənd eylənüz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info