Qonaq Kitabı
Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar

Hüsnün ki, canibi-xəti ənbərfəşan tutar,

Axır cəhanı fitneyi-axırzəman tutar.

 

Əglənmədi könüldə dəmi qanıma degil,

Bişək bəla imiş bu ki, qanlını qan tutar.

 

Var əqrəb rəqəmi nurluğun müşahibəti,

Ya Rəb, nədən bu iti münhəmi yəman tutar.

 

Məcnunə nisbət eyləmə kim, məni-rəmidəni,

Derlər ki, qövs batanda əbnin dastan tutar.

 

Ar etmə itlərinlə fəğan etsə Sadiqi,

Ari degil bu işdə üzün həmzəban tutar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info