Qonaq Kitabı
Çadruyə yüzni, ey şux, diraz qılma məni

Çadruyə yüzni, ey şux, diraz qılma məni,

Dağıtma kakilinə, biqərar qılma məni.

 

Rəqib bəzmi əz şürbi-mey hərarətdin,

Ərəq töküb yüzdin əşkbar qılma məni.

 

Bu gün nihan səri-kuyinə gəlmişəm, ey dil,

Nihani ah çəkib aşkar qılma məni.

 

Bəraət hesabdə tut bu əsbabından,

Qəribü bikəsü bietibar qılma məni.

 

Cəmali heyrəti bihuşim söləşmə, rəqib,

Sadiqi-sadiq səva durub hüşyar qılma məni.

 

Qədəm qoyub ura gözüm laf urdu mərdüm,

Qıl imdi rəncə qədəm, şərmsar qılma məni.

 

Gülüm, çavurma yüzün qeyrə, Sadiqi yanlığ,

Bu gülşənində rəşki-məzar qılma məni.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info