Qonaq Kitabı
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün

Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçün

Kim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.

 

Ayrılığ zə'fi bilən bəs kim, ölürmən dəmbədəm,

Tutdular yüz min kərəz(1) matəm məni-bimar üçün.

 

Yox sana lütfivü var əğyara dersən, ey rəfiq,

Necə bir könlüm məlul olsun bu yoxü var üçün.

 

Müşkili-düşvari-eşqə etmə tədbir, ey həkim,

Eyləməz tədbir ……… bu müşkili-düşvar üçün.

 

Bir qədəh mey birlə dün bəzmində rəf' oldu qəm,

Can fəda bolsun anın tək həmdəmi-qəmxar üçün.

 

Sadiqi, azürdə istər hər zəman canan səni,

Guiya xəlq eylədi xaliq səni azar üçün.

 

 

(1)  Kərə, dəfə 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info