Qonaq Kitabı
Dərddin xanəvü beyt tutdum eymən cananın

Dərddin xanəvü beyt tutdum eymən cananın,

Xəncərin çəkdi miyanından ki, budur dərmanın.

 

Bəni-qəribi səgi-kuyin eşigindən qavdı,

Bu vilayətdə məgər qədri budur mehmanın?

 

Sinədən gör yolu tutdu sirişkim yerinə.

Dəmbədəm suzi-dilimdən iritin peykanın.

 

Qaşların payi xəm olduqca dəgər sinəmə ox,

Olmayımmı məni-sərgəştə sənin qurbanın.

 

Gözlərin mərdümi mərdümlük edib mane olur,

Hər qaçan qətlim üçün tiğ çəkər müjganın.

 

Kərəm etdin qəmu əğyarə vüsalın nəqdin,

Padşahım, qanı dərvişlərə ehsanın?

 

Biqərar etdi fələk dönə-dönə Sadiqini,

Şimdi bildim ki, qərarı yox imiş dövranın.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info