Qonaq Kitabı
Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın

Göstərdi tiği-hicran rişteyi-ömrünü əhbabın,

Kəməndi-gərdəni-can olmasaydı zülfi-pürtabın.

 

Məgər məsti-meyi-vəsl ola könlüm bəzmi-işrətdə,

Vəgərnə ol qədər keyfiyyəti yox badeyi-minanın.

 

Degilsə qiblədən məqsud qədü qamətin görmək,

Nədür bəs sana qarşudur zövqi-məscidə mehrabın.

 

Mana fərmanın olmaq urdu lütf qılma eylərsən,

Nədəndü iltifatı o taqi-fərmanə qəssabın.

 

Mənim tək çərx əlindən hər zəman dönüb fəğan eylər,

Keşişdən bir havadardur məgər başında dolanın.

 

Nə nan kənar basar xublar mənim tək aşiqə talib,

Əcəmidədir tələbkarı çox olsa cinsi-kəmyabın.

 

Cünundin Sadiqi ol bəzmi-eyşin padşahidür,

Kim, onda fərq yox xakistəri-gülxənlə sübhanın.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info