Qonaq Kitabı
Yenə nə bərq idi kim, saldı eşq canımğa

Yenə nə bərq idi kim, saldı eşq canımğa

Ki, tüşdü şəm kibi məğzi-üstüxanımğa.

 

Yenə nə seyl idi kim, yıxdı səbr bünyadın,

Gətürdi rəxneyi-qəm mülkü xanümanımğa.

 

Yenə nə şövq idi kim, kəsdi rişteyi-canım,

Buraxdı dami-bəla cismi-natəvanımğa.

 

Yenə nə gülbüni-vəsl idi kim, şüküftə bolub,

Bahar verdi xəzan bərli bustanımğa.

 

Yenə nə bərq idi, ey Sadiqi kim, oldu əyan

Ki, etdi şölə füzun atəşi-nihanımğa.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info