Qonaq Kitabı
Yardin kam istəmək eşq əhlinə düşvar imiş

Yardin kam istəmək eşq əhlinə düşvar imiş,

Aşiqə məşuqdən məqsud bir didar imiş.

 

Gözlərindin günimi aldım, öpərdüm ləlinə,

Bilməz idüm ol daği edən tiri-xunxar imiş.

 

Tə'n edə təsbih ilə zahid bənim zünnarimə,

Eylədüm biruluq ol daği birər yar imiş.

 

Abi-kövsərdin bəni asudə qıldı cami-mey,

Heç şək yoxdur ki, xiffətxanə xümmar imiş.

 

Deyərdim hicran ilə olsam daği vəsli-səmən,

Neyləyim ki, çareyi-dərd istəmək naçar imiş.

 

Qeyrə zari-eşqimi demişdilər, bildin, rəfiq,

Bilməz idüm kim, mənə yardan deyən əğyar imiş.

 

Nəqdi-can verdüm ki, ta aldum mətai-vəslini,

Sadiqi, bu eşq sevdası əcəb bazar imiş.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info