Qonaq Kitabı
O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı

O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,

O kim əvan olur şər'i-nəbiullah göftarı.

 

Zehi şahi-cahanarayi-adil, mürşidi-kamil,

Münasibdür süluki-qürbi-həqqə cəm'i-ətvarı.

 

Olur ə'davü istedaddin etmək rüb'i-məskunum,

Sayılsa qətreyi-baranivü övraqi-əşcarı.

 

Cəhanarayi-təxti günbədi-əflak bünyadı,

Nişatəfzayi-təxti bünyeyi-islam memarı.

 

Şəha, sən xabgahi-kamə salgil məsnədi-işrət

Kim, etdi çərx dərgahində hadis bəxt bidarı.

 

Yetişdi ol yerə ədlin ki, rəsmi-istiqamətdə,

Özinə tabe eylər istəsə çərxi-sitəmkarı.

 

Cəhanda küfr zülmün sən yox etdün, varmış derlər,

Sənin dövründə möhkəm küfri-islamın yox dəvvarı.

 

Üqabi-tizpərdin özgəsidə eyləməz rəğbət,

Himayət eyləsə səyyad əmrin kəbki-kühsarı.

 

Səhih irmasdur Əflatun hədisi bu bir ayindir,

Sənin şanında etmiş dəxi nazil elmi-ədvarı.

 

Hicabliqdin pərdeyi-xiclətdə qalmışdı,

Çıxardı pərdə şəxsi-halın bikri-əşarı.

 

Elə xar elədi təb'i-kərəmin simü zər cinsin

Ki, mərdudi-təbaye etdi dirhəm birlə dinarı.

 

Degilsə sən bilən şər'i-nəbi ehkaminə qabil,

Olur zöhd əhlinin boynundakı təsbihi-zünnarı.

 

Əzəldən gər işarət olsaydı təb'i-fəyyazın,

Çəkərdi bir söz ilə sərhəd ara əmri-küffarı.

 

Şəha, şəfqət şüara sahiba dərdi-dili çoxdur,

Nə izhar eyləyim, yaxşı degil dərdi-dil izharı.

 

Fələk kim, rəsmi-fitridür, ona tigi-cəfa birlə.

Müdam azürdəxatir etmək üşşaqi-diləfkarı.

 

Məni sərgəştəlikdən hərgiz idbar sanmışdı,

Xəti-rahət çadırdı çevrəmə iqbal pərgarı.

 

Sana gəldüm dili-bitaqət bir arzu birlə

Ki, varsan binəvalər sərvəri, əhli-hünərbarı.

 

Qərəz, tuli-məkan, qibleyi-məqsudum sənsən,

Degildür haşallah, Sadiqi dünya pərəstarı.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info