Qonaq Kitabı
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı

Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,

Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.

 

Sevdigim, gər biqərarəm, ahu əfğandur işim, şadəm

Ki, hər saət tutub seyr eylərəm bir səhni-gülzarı.

 

Degil hər qanda isə bəhri-əşkim gövhəri zaye,

Qoyarlarmı bəsirət əhli yerdə dürri-şəhvarı.

 

Əgərçi dağdarəm qərib ilə çərx hər saət,

Mana mənzur edər hər qanda bar bir lalə rüxsarı.

 

Əgərçi təlxkaməm, möhnət ilə hər zəman eylər,

Zəmanə həmzəban kamimcə bip ləli-çəkərbarı.

 

Qərari-istiqamət vermədüm öz ixtiyar ilə

Ki, əldən ixtiyarım eyləyib bir şux rəftarı.

 

Bana cövr eylədükcə qeyri-canan mərhəmət eylər.

Ola tək Tarı yar, əda olur ə'vani-ənsari.

 

Məni bu qəhr ilən hər yar görsə, mehribanımdur,

Bəli, hər ruzinə tutar xurşid ənvarı.

 

Bana yar olmasaydı xublər mehri bu qürbətdə.

Şəmatət yolundin kim, döndərərdi çərxi-qəddarı.

 

Könül şad eylərəm bir söz ilə növhə budur,

Qaçan azad olur qəm qeydidin qürbət giriftarı.

 

Əgər qürbətdə xarəm, izzətim yox, ariyəm qəmdən.

Anınçün kim, qürbətin xarlığındin yoxdur ari.

 

Bu istedad ilə dövran bəni eylərmidi mövcud,

Əgər bilsəydi bu canbin cəhanda var xiridarı.

 

Bəni xar etmək üçün qürbü vəsli qeyrə tapşırdı,

Çəmən içrə, bəli, bihudə dehqan bəkləməz xarı.

 

Məni-üftadəni, ey dəhri-dun, hər dəm basıb keçmə,

Qəribin gərçi deyərlər pəst olur hər yerdə divarı.

 

Səzavari-məhəbbətdür ədu bəzmi-fəraqətdə,

Mənimi gördün, ey çərxi-fələk, möhnət səzavarı.

 

Cəfa çox eylədün, dövran, mana, ərz eylərəm imdi

Ona dərdi-dilim kim, vardur, əhldir qəmxarı.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info