Qonaq Kitabı
Şekoft iməs ki, nəsimi-səxavət ilə bu gün

Şekoft iməs ki, nəsimi-səxavət ilə bu gün,

Bənəfşə qamətidin getsə əzayi-əna.

 

Əcəb degil ki, əgər qılsa zərrəpərvərlik,

Yetə üruc məqamında aftabə səha.

 

Nə söz əgər diləsə xatiri təvazö ilə,

Edər sipehr sərəfraz qamətini düta.

 

Şüayi-şöleyi-tiği, lütfi-iclali,

Müqəvvi tutar azərü nümayişi-ma.

 

Şicaətü kərəmü lütf xülqdür bizzat,

Kişi neçün edə şərhi-sifatini inşa.

 

Bu gülşən içrə olursa həzar dastan tək,

Nəvayi-mədhi ilə Sadiqi sürudsəra.

 

Yəqin ki, acizi-mədhi-ədanı mədhidir,

Onun ki, edə kəlamın duası birlə əda.

 

Həmişə ta ola dərdmənd sərsərdi,

Müdam ta edə fəsli-bahar ona dəva.

 

Gül səadətinə irməsün nəsimi-xəzan,

Bahari-mərtəbədən olmasun nihalı cüda.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info