Qonaq Kitabı
AÇIQ MƏKTUB

Hacıya, vardı sənin mülki-Səmədabadın[1],

Qoş tarazın və iki danə oğlu imdadın,

Üç dükan, bağ, saray, bir də çörəkçixanə....

Qələm aldım ələ yazdım, bu sənin iradın.

Sən də bir al qələmi dəstüvə yaz, söylə görüm,

Nəyi var mülki-Şəbüstərdə məni-naşadın?

Keçərəm mən o tələbdən, yazaram bir para söz,

Ta ila yovmi-qiyamət utanar övladın!

 

[1] - Şəbüstərdə yer adı



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info