Qonaq Kitabı
AXİR Kİ, AĞLAT MİLLƏTİ!

Hər gecə şamdan sora, ey Molləli

Qoy çırağı qarşüva, aç mətqəli,

Əqlüvi yığ başuva misli-para,

Nohəni əzbərlə, doldur anbara,

Çəkmə al bir cüft, rəngi-ləligün,

Əzbərayi payi-nəhsi Şimri-dun[1]

Ver çilingər çərxə çəksin xəncəri,

Bədha süst eylə Şimri-əbtəri!

Xəncəri tez ver əlinə kafərin,

Mürdəşu yusun görüm o əllərin!

Al ələ bir neyzə, ya bir kərvaşan,

Dur dalıda, ver ağan Şimrə nişan.

Çün alar xəncər o məlun dəstinə,

Eylə nərə eylə ki, xax[2] diksinə!

Bərk çığır, millət ayılsın xabidən,

Ol qədər ağlat ki, düşsün tabidən.

İstisən ki, tul tapsın mərsiyə,

Hökm qıl, vursunla başın neyzəyə!

Xalqa təsir etməsə bu macəra,

Söylə Şimrə, nəl vursun atlara!

Qəlbi daşdan bərkdir bu millətin,

Ağlamazlar. Xeyməgahə sür atın,

Vur, dağıt, yandır xəyami sərbəsər,

Bəlkə bu zülm eyləyə xalqa əsər.

Görsən olmur, qamçını al dəstüvə,

Eylə vur ki, daşlana qan üstüvə.

Sal ərusi at döşünə bir zaman,

Ta ucalsın ərşə fəryadü fəğan.

Tutmasa məclis əgər, ey mərd kosa,

Şimridən al xəncəri ver Harisə!

Bağla ətfali-yetimi qol-qola,

Ta desin Kösün xala: "Ey vay, bala!"

Etməsə bu həm əsər bacilərə,

Müslümü sal damidən, düşsün yerə.

Bəd çubi-mənbərə çal dəstüvü,

Milləti-İranə göstər şəstüvü!

Qurxusan gər payeyi-mənbər sına,

Qorxma, vur, sınsa, qayıtdırrıq genə!

Gözlərin gər varsa aç, gör bir nə var!

Xax yatıb, görsən əgər misli davar,

Qamçını çək, vur Səkinə başına,

Əmməsin qərq eylə tez göz yaşına.

Qorxuram çıxsın yadından sarıban,

Əqlüvi yığ başuva, ey rozəxan!

Bir qılınc parçası tap, ey şeşqulaq,

Xırda barmağın Hüseynin kəs görax!

Xalx vurmur başına, çəkmir havar,

Səndə yoxdur taqsır, ey Mirzə Qafar!

Pas basar qəlbi könül şad olmasa.

Yəni kəntdə dadü büsdad olmasa.

Müştəri yox çün bə aluyi-qərə,

Ol cəhətdən xəlq əlin vurmur yerə.

Bir yanıqlı söz de ki, xalq ağlasın!

Şimrə bir bel ver, Fərati bağlasın,

Hökm ver ləşkər ala sağü solun,

Çək qılıncı, sal ələmdarın qolun!

Məclisi gərm etməsə bu sərgüzəşt,

Düş aşağı, tez gətir bir danə təşt.

Xeyzərani qovza, gən qoy qışların,

Söylə: Ya movla, nə xoşdur dişlərin!

Etməsə bu həm əvami əşkriz,

Abidi-bimari ver cəlladə tez!

Bir qədər zalim Yezidə ver araq,

Təki vursun başına xalq şaqqaşaq.

Rastuva keçsə o mərhum hərmələ

Söylə: Məlun, qolların tez çərmələ!

Çün Fərati-ibni-Səd etmiş qorux,

Qoy kəmanə bir daha üçpərli ox.

Parçalar çün ox boğazi-Əsğəri,

Sən də vur yumruqla sındır mənbəri.

Qərq olar millət kəsalət dəhrinə,

Min səməndi, get Mədinə şəhrinə,

Boynuva sal şali-əza çün Bəşir,

Nərə vur sən əz çigər-manəndi şir.

Yolda gəlsə rastuva Ümmülbəni,

Kəs qabağın, söylə, ba ahü ənin,

Eylə əşki-çeşm ilə tər yaylığı:

"Gəlmişəm mən verməyə baş sağlığı".

Bu qədər var ki, xanım dər Kərbala,

Qalmadı ali-əbadən bir bala!

Ey xanım, çün bitdi Əbbasın işi,

Əlli min boynuyoğun, zalım kişi

Etdilər qarət xəyami biltamam,

Qalmadı, bir şahılıq zad, vəssəlam!

Görsən etmir nalə xəlqi-biədəb,

Düş aşağı mənbər üstən pürqəzəb,

Al ələ bir ba kifayət yarmaça,

Kəs qabağın millətin qoyma qaça,

Hər ki, gəldi qarşuva vur qorxma, ha!

Seyyidə, mollayə, xanə baxma, ha!....

Müxtəsər, bazuyə cəm et qüvvətin,

Kəlləsin əz milləti-biqeyrətin!

Millətin sən baş-qulağın yaxşı eş,

Möcüzü görsən, vəli axtarma, keş!

 

[1] - Şimrin nəhs ayağına geydirmək üçün

[2] - Xalq



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info