Qonaq Kitabı
QÜRBƏT

Kim, görəsən, qürbəti icad edib?

Hər kəs edib, mən kimi bimar ola!

Tərki-diyar eyləməyin baisi

Olsa, gərək zülmi-tələbkar ola.

 

Qalsa vətəndə gedəcək izzəti,

Həm Tükəzin çadrəvü çərqəti,

Canuvi incitmə, oğul, övrəti

Boşla, vəlov ki, məməsi nar ola.

 

Təzkirə on dörd tümənə maldır,

Qol pulu ondan da qırışmaldır,

Yolçu nə eşşək və nə hammaldır,

Ta bu qədər zülmə xiridar ola.

 

Sən də bilirsən ki, o, tacir deyil,

Bunca pulu verməyə qadir deyil,

Boşla yaxasın, bura bir yer deyil,

Qoy gedə İstambula, tüccar ola.

 

Göndərə həq hər gün əgər rəhmətin,

Etməz ucuz təzkirənin qiymətin,

Eyləyin agah rəsul ümmətin,

Cibdə gərək dirhəmü dinar ola.

 

Xərci var həştad tümən getmağın,

Ya evi qoy beh, ya da ki, sat bağın,

Qorxuram axır yıxıla mitbağın,

Pərdiləri azimi-bazar ola.

 

Türk mənə verdisə, dörd yüz lirə,

Qüssə və qəmdən tutular xirxirə,

Ya zəhər iç, ya sal özün təndirə,

Qoyma, qərəz, hövsələ çox dar ola.

 

Qarət əgər eyləyələr xeyməni,

Hərmələvü Xuln və Şimri-dəni,

Qüssə boğar yoxsulu, biçarəni,

Əllərin, ey mərsiyəxan, var ola!

 

Sinniz əgər baliğ olub əlliyə,

Qəddərəni bərk vurun kəlləyə,

Bəlkə sizi axirətə yolluya,

Xəlq geyə qarə, əzadar ola.

 

Bəs ki, içər şireyi-əngurdən,

Şairin olmaz xəbəri surdən,

Məst çıxar daireyi-gurdən,

Kaş hamı Möcüz kimi dindar ola!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info