Qonaq Kitabı
ZAKİR

Sitəmdən eylə həzər, ruzi-həşri sal yadə!

Əvalin eyləmə çox göz yaşın rəvan Zakir!

Nə ağlamaqdan ötrü xəlq edib bizi xaliq,

Vəlov dədəm ölə, mən etmərəm fəqan, Zakir.

Misali bülbül oxu, xəlqi şadman eylə,

Nəinki, başına səp millətin saman Zakir.

Həzar günə gülü laləvü səmən yaradıb,

Ki, sən baxıb olasan şad hər zaman Zakir.

Və bəd ləli-ləbin eylə dişlə ki, qanasın,

Saçın o qanı yusa, pakdır o qan Zakir.

Boyu şəmamə kimi dilbərin olar məməsi,

Bə qədri əlçə və ya misli-girdəkan Zakir.

Qəmi olanda əvamın ürəklənər, ağlar,

Gətir qulaquva bir söz deyim, oyan, Zakir.

Şərab dəfi-qəm eylər, əyər inanmırsan,

Bir azca tök qədəhə, eylə imtəhan Zakir.

O qədri qonçadəhən, ləli-ləb yaratmazdı,

Əyər oleydi məhəlli-əza cahan Zakir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info