Qonaq Kitabı
ZİYARƏT

Gəldi çavuş, etdi dəqqəlbab;

Yığışın qapıya, için qəndab!

Udmuşam min tümən qumardə çün,

Gedirəm Kərbəlayə ba əhbab.

Satmışam əskik, almışam artıq.

Soymuşam xəlqi, olmuşam ərbab.

Vermişəm puli-qəlp sərracə

Almışam at üçün yəhər, əsbab.

Qərzi bəqqalı eylədim inkar,

Çünki vermişdi muşimürd doşab.

Aldım əttaridən bir az nisyə

Çayü, dəsmalü şəkkərü corab,

Dedi: Pul ver! Dedim ki: Borcum çox!

Dedi: And iç!-mənə o xanəxərab.

Hər cəhətdən məni həlak eləsin

Mərdi-mərdanə, ya ülul-əlbab!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info