Qonaq Kitabı
LÜĞƏT

A

Abdullah - Allahın qulu

Abi-heyvan - dirilik suyu

Abi-rəvan - axan su

Abi-zindəgi - dirilik suyu

Akif- islahedici

Aləm əfruz- aləmi işıqlandıran

Ariz - üz

Aşiyan - yuva

Aşub - qalmaqal, fıtnə

Ayruq - ayrı, qeyri, artıq

B

Bad - yel

Badi-bahar - bahar yeli

Bəsirət - həqiqəti görmək

Bidirəng - qorxusuz, çəkinmədən, gözləmədən

Bihəmta - tayı-bərabəri olmayan

Birah - yolsuz, yolunu azan

Bürhan - dəlil, isbat

Büryan - yanmaq, qovrulmaq

Bulmaq - əldə etmək, tapmaq

C

Canpərvər - ruhu oxşayan

Cəbin - alın

Cənnəti-fırdövs - cənnət bağı

Cilvə - görünmək, parıldamaq

Cübbə - üst geyim

Cüdi-binəhəyat - sonsuz səxavət

Cürə - bir udum

Cürm - təqsir, günah

Cüstücu - aramaq

Ç

Çah - quyu

Çeşmə-bina - görən göz

Çin - 1. Ölkə adı; 2. Doğru; 3. Qıvrım saç

Çözgil - həll etmək, xırdalamaq, əlac etmək

D

Dai - iddia edən

Dam - tələ

Dana-bilici

Darüşşəfa - şəfa evi, xəstəxana

Deyr - monastır, rahibxana

Dəhr - dünya, aləm

Dəmsaz - uymaq, məşğul olmaq

Dəprətmək - tərpətmək

Dərban - qapıçı, keşikçi

Dəstar - əmmamə, çalma, sarıq

Dəti-qüdrət - Allahın əli, qüdrətin əli

Dəvan - qaçan

Dəvvar - dövr eləyən

Diləfkar - ürəyi pərişan, qəmli

Diləfruz - ürəyə yatan, qəlbi işıqlandıran

Dili-pürxun - ürəyi qan ilə dolu

Dilriş - qəlbi yaralı; şeirdə: aşiq, vurğun

Diraz - uzun

Duxan - duman, tüstü

Dur - uzaq

Duruşmaq - tab gətirmək, dözmək

Dünyavü üqba - dünya və axirət

Dürd- şərabın xıltı

E

Elmi-qeyb - qeybdən xəbər verən elm

Elmi-lədünni - Allah vergisi olan elm

Erişmək, ermək (irişmək, irmək) - yetişmək, çatmaq,

qovuşmaq, birləşmək və s,

Eyd - bayram

Eydür - söylər, xitab edər

Eyni-aşub - fitnəli göz

Ə

Əbcədi-hürufi - ərəb hərflərinin tərtibi və onların rəqəmləri

Əbhər - nərgiz gülü

Əbr - bulud

Ədəm - yoxluq

Ədvar - dövrlər

Əfi zülfin - ilan saçın

Əfyun – tiryək

Əhəd-tək

Əhli-şirk - Allaha şərik çıxan, yolunu azan

Əklədi-əlavə etdi

Əla - hündür, uca

Əltaf - lütflər

Əma - kor

Ənasir - ünsürlər: su, od, torpaq, külək (ab, atəş, xak, bad)

Ənbərbar - ətir saçan

Ərcimənd - alicənab, qiymətli

Ərşül-əzim - böyük kainat

Əsəhh - çox doğru, səhih

Əsfəl - alçaq

Əsma - isimlər

Ətiyyə - bəxşiş

Əyyam - günlər

Əyyar - çevik, hünərli

Əzim-üşşan - şanı uca, yüksək

F

Ferz - şahmat oyununda vəzir fiquru

Fəhm - anlaq

Fəm - ağız

Fərdi-yekta - tək, misli olmayan

Fərəs - at; şahmat oyununda at fiquru

Fəttan - fitnəli

Fəzl - alim, müdrik

Fəzli-feyz - müdrikliyin feyzi, əhəmiyyəti

Fitnə-əngiz - fitnə doğuran

G

Giran - bahalı

Gireh - düyün

Gülrux - gülüzlü

H

Həqqi-təala - yüksək Allah, tanrı

Həmta - bərabər

Həyati-cavidan - əbədi həyat

Həzar - min

Hidayət - doğru yola çağıran, həqiqətə dəvət edən

Huri-cinan - behişt hurisi

Hüma - ənqa quşu, cənnət quşu

Hürufi-həca - əlifbanı təşkil edən hərflər

X

Xaki-pak - pak torpaq

Xali-dilkəş - ürəyə yatan xal

Xar - alçaq

Xədd-yanaq



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info