Qonaq Kitabı
Aşiqə məşuqinin cövrü səfası xoş gəlür

Aşiqə məşuqinin cövrü səfası xoş gəlür,

İki aləmdən ana bir mərhəbası xoş gəlür.

 

Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəm

Tutiyayi-cövhərindən xaki-payi xoş golür.

 

Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm,

Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür.

 

Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənə

Eşigində itlərünün macərası xoş gəlür.

 

Sana, ey zahid, behiştü hurü rizvani, mənə

Ol büti-ziba nigarımın liqası xoş gəlür.

 

Bu Həbibinin duasın müstəcab et, ey sənəm,

Çün kərəm əhlinə dainin duası xoş gəlür.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info