Qonaq Kitabı
Çin elindən çin səhər çün şol büti-ziba gəlür

Çin elindən çin səhər çün şol büti-ziba gəlür,

K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür.

 

Çün gəlür min naz ilə ol sərvi-səməndam yar,

Sanasan Məcnunə Leyli, Vamiqə Əzra gəlür.

 

Ey ki, qəddi-dilbəri sərvi-səhiyə bənzədən,

Rast et, billah, nəzər kim, müntəha bəla gəlür.

 

Müshəfı-hüsnün təfəül etdügümcə ruzü şəb,

Taleimdə görünən bu surəyi-tənha gəlür.

 

Hər qaçan badi-səhər dəprətsə müşkin zülfini,

Xatirim olur pərişan, başuma sevda gəlür.

 

Huri-eynə dəvət etmə məni, vaiz, varmazam,

Hüsn içində çünki, şol bimislü bihəmta gəlür.

 

Nərgisi-məxmurə din (1) kim, taki xudbin olmasun,

Bağ içində seyr edə şol gözləri şəhla gəlür.

 

Kəbeyi-kuyin ziyarət etməyə badi-səba,

Eşiginə hər səhərgah bisərü bipa gəlür.

 

Al əlindən ayağı, qoy ayağında başuni,

Saqiyi-zöhrə cəbin, gün yüzli məhsima gəlür.

 

Qapusunda guşi həlqə qıldığım bu k-eşidəm,

Ta ki deyə rəhm edüb şol aşiqi-rüsva gəlür.

 

Xəstə dil olduğuna, qəm yemə, ey can, dəmbədən

Zi səadət kim qulunu görməgə Mövla gəlür.

 

Çün Həbibi gördü bu gün dilbərin didarını,

Sanmanun (2) könlünə ayruq qüsseyi-fərda gəlür.

 

 

(1) Deyin, deyiniz

(2) S a n m a - anın



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info