Qonaq Kitabı
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir

Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,

Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.

 

Nə xəddü arizü xət kim, mühəqqəq nəqşi-Çin olmuş,

Nə şirin nöqtədir ağzı ki, elmi-qeyb üçün fəndir.

 

Nə müşkil üqdədir zülfi ki, əql am edəməz həl,

…………………………………………….

 

Şirin ləbdir ol Xosrov ki, can Fərhadidir anın,

Nə Leylidir ki, Məcnunu həzaran həmçu mən səndir.

 

Əgər şeytan degilsən, gəl mələk kimi sücud eylə,

Şu ziba vəchinə yarın niçün kim vəchi-əhsəndir.

 

Şu caduyi kəmankeşdir ki, qan içməkdən usanmaz

Şu hindu xali-dilkəş gör, neçə yıldır ki, rəhzəndir.

 

Əgərçi sufinin fikri həmişə hurü cənnətdir,

Həbibi sevdigü candan şu dinün nuru oğlandır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info