Qonaq Kitabı
Qamu cövri ki, cana, cana etdin

Qamu cövri ki, cana, cana etdin,

Qamusun xub key mərdanə etdin.

 

Gözün qan ağladuğu, ey pəriru

Ki, hərdəm zülmünü insanə etdin.

 

Əlinə tiğ verdün iki məstin,

Bu rəsmü adəti türkanə etdin.

 

Şu məst etdiklərin mehrab içində

Görən der: məscidi meyxanə etdin.

 

Şu can deyrində yaxdın iki şəmi,

Cəhani yeksər atəşxanə etdin.

 

Çü zənciri saçuna şanə urdun,

Tökəli aqili divanə etdin.

 

Cəmalin şəminə yanmağa hər dəm

Qamu can mürğünü pərvanə etdin.

 

Yüzün nətində xalin baydaqunu

Sürəldən şahları fərzanə etdin.

 

Saçunun bir qılın, ey müshəfi-can,

Həzaran qisseyi-əfsanə etdin.

 

Könül mürğün giriftar etməgiçün

Şu zulfu xali damü danə etdin.

 

Həbibi, qulağuna söylə yarın,

Sözünü çünkü sən dürdanə etdin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info