Qonaq Kitabı
Könlümü həm dəmbədəm edər pərişan saçların

Könlümü həm dəmbədəm edər pərişan saçların,

Əqli qılur də___ngü valeh, məstü heyran saçların.

 

Bir dükənməz qarə sevdadir ki, ucu yox anın

Mən pərişan-xatirin başunda, ey can, saçların.

 

Gün yüzündür gərçi iymaniylə dini aşiqin,

Mana yetər dünyada küfr ilə iman saçların.

 

Gər dü kövni bir qılına versələr min can ilə,

Ey sənəm, billahi, vermə k-ola (1) məccan saçların.

 

Üqdəsindən bir gireh çözərsə ərşin üstünə,

Tutar Ayü Günəşin yüzünü yeksan saçların.

 

Qaliyəvü müşkü ənbər qıldı təblü ud, ney,

Sərbəsər xaki-cəhani ənbərəfşan saçların.

 

İki kövnə bir qılı niycəsi olmasın mühit,

Qurdu çün ərşül-əzim üstünə sayan saçların.

 

Dört kitabın müşkilini bu Həbibi etsə həl,

Nola çünkim oldu ana nəqlü bürhan saçların.

 

 

(1) K-ola - ki ola



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info